Tamblinq üzrə Azərbaycan çempionatı və Bakı birinciliyi başa çatdı - YENİLƏNİB - FOTO

Tamblinq üzrə Azərbaycan çempionatı və Bakı birinciliyi başa çatdı - YENİLƏNİB - FOTO

17:12

Bu gün Bakıda tamblinq üzrə Azərbaycan çempionatı və Bakı birinciliyi başa çatıb.

Trend-in məlumatına görə, turnir çərçivəsində qaliblər dörd yaş kateqoriyasında müəyyənləşib: böyüklər - 1999-cu il təvəllüdlülər və daha böyüklər, gənclər - 2000-2002; yeniyetmələr - 2003-2006; balacalar - 2007 və daha kiçiklər.

Yeniyetmə yaş kateqoriyasında oğlanlar arasında yarışlarda Adil Hacızadə 59,100 ballıq ümumi nəticə ilə qızıl medal qazanıb. İkinci və üçüncü yerləri, müvafiq olaraq, Bilal Qurbanov (57,400 bal) və Elnur Məmmədov (56,500 bal) tutublar.

Balacalar arasında (2007-ci il təvəllüdlü) birinci yeri 39,900 bal toplamış Məhəmmədəli Camalov tutub. Abbas Abbasov (39,600 bal) ikinci, Enes Nərimanov isə (35,300 bal) üçüncü olub.

Gənclər arasında qızıl medala Fərid Mustafayev (59 bal) layiq görülüb. Nəcməddin Hacıyev (55,900 bal) isə ikinci olub. Böyüklər arasında yarışda Mixail Malkin (70,800 bal) birinci olub.

Balacalar yaş kateqoriyasında qızlar arasında Aliyə İsmayılova (39,600 bal) birinci olub. Yeniyetmələr arasında isə Zeynəb Qasımlı (56,300 bal) qızıl medal qazanıb.

Yarışlarda ümumilikdə 20 idmançı iştirak edib.

-----------

13:49

Bu gün Bakıda Milli Gimnastika Arenasının köməkçi zalında tamblinq üzrə Azərbaycan çempionatı və Bakı birinciliyi start götürüb.

Sfera.az Trend-ə istinadən bildirir ki, yarış çərçivəsində Bakı Gimnastika Məktəbinin 20 idmançısı akrobatik cığırda çıxış edəcək.

Artıq 14-cü dəfə baş tutacaq tamblinq üzrə yarışlarda qaliblər dörd yaş kateqoriyasında müəyyənləşəcək (böyüklər - 1999-cu il təvəllüdlülər və daha böyüklər, gənclər - 2000-2002; yeniyetmələr - 2003-2006; balacalar - 2007 və daha kiçiklər).


OXŞAR XƏBƏRLƏR

Yaponiya və İran XİN başçıları Yaxın Şərqdəki son hadisələri MÜZAKİRƏ ETDİLƏR

Yaponiyanın xarici işlər naziri Yoko Kamikava iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə telefon danışığında Yaxın Şərqdəki vəziyyəti müzakirə edib.   ...

Xalq artisti Tünzalə Ağayeva “Beynəlxalq Mədəniyyət Günü”ndə iştirak etdi - FOTOLAR

Mərdəkan Mədəniyyət Sarayında növbəti tədbir baş tutub. Yığıncaq Beynəlxalq Mədəniyyət Gününə həsr olunub.   Sfera.az xəbər verir ki, tədbirdə bir sı...

Tanınmış həkim nömrəsini maşın qiymətinə satır - FOTO

Bakıda 26 000 manata telefon nömrəsi satışa çıxarılıb.   Sfera.az-ın məlumatına görə, bu haqda elan saytlarından birində təklif yerləşdirilib. O...

Aİ nümayəndəliyi: "Ermənistanla Azərbaycan arasında beynəlxalq sərhəd yoxdur"

Ermənistanla Azərbaycan arasında heç vaxt beynəlxalq sərhəd olmayıb, bu, sadəcə inzibati sərhəddir, buna görə də sərhədlərin delimitasiya və demarkasiyası lazım...

MAQATE baş direktorundan Zaporojye AES-lə bağlı HƏYƏCAN TƏBİLİ: "Hər an..."

“Zaporojye atom elektrik stansiyasına (ZNPP) olan son hücumlar stansiyanın təhlükəsizliyinə görə riskləri azaltmaq üçün razılaşdırılmış prinsiplərdən biri...

İrandan SƏRT XƏBƏRDARLIQ: “Saniyələr ərzində zərbə endirəcəyik!”

“İsrail İrana hücum etməyə cəhd edərsə, Tehran saniyələr ərzində cavab verəcək”.   Sfera.az bildirir ki, bunu İran xarici işlər nazirini...