"Taliban" 4 nəfəri dar ağacından asdı - "Edamlar davam edəcək"

Əfqanıstanın şimal-qərbində yerləşən Herat əyalətində "Taliban” 4 kişini çoxsaylı insanın iştirakı ilə edam edib.

Sfera.az  TASS-a istinadən xəbər verir ki, məlumatı sentyabrın 25-də "Aamaj News” agentliyi yayıb.

Bildirilib ki, dar ağacından asılan şəxslər adam oğurluğunda təqsirli biliniblər.

Əfqanıstanda hakimiyyəti ələ keçirən "Taliban”ın nümayəndələri hələlik hadisəyə münasibət bildirməyiblər. Bununla belə, "Taliban” hərəkatının qurucularından biri, Nurəddin Turabi "Associated Press”ə kütləvi edamları bərpa edəcəklərini, oğurluğa görə ətrafların kəsilməsi praktikasını bərpa edəcəklərini bildiriblər.

Qeyd edək ki, "Taliban” 1996-2001-ci illərdə Əfqanıstanda hakimiyyətdə olarkən edam, daş-qalaq, əl və ayaqların kəsilməsi kimi cəzalar kütləvi, geniş şəkildə həyata keçirilirdi.

OXŞAR XƏBƏRLƏR

Bakı-Quba yolunda ağır qəza: Yük avtomobili aşdı - VİDEO

Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yer alıb.   Belə ki...

SOCAR prezidenti Britaniya rəsmiləri ilə görüşdü

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Böyük Britaniyanın ölkəmizdəki səfiri Fergus Ould və Birləşmiş Kırallığın İxrac Maliyyəsi Depa...

Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Şəki şəhəri “Cəfərabad” QPS-də siyirtmələrin filans birləşmələrində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması və araqatlarının yenilənməsi,...

Xankəndidə tapdığı silahları polisə verməyən şəxs tutuldu

Xankəndi şəhərində odlu döyüş silahı, süngü-bıçaq və sursatlar gizlədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq tutulub.   DİN-in Mətbuat ...

"Laçın" məntəqəsinin qurulmasının ildönümü qeyd edildi

Aprel ayının 23-də "Laçın" dövlət sərhədindən buraxılış məntəqəsinin qurulması, bununla da Azərbaycan Respublikası dövlət sərhədlərinin tam bərpası ta...

Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO

Azərbaycanda taksi şirkətlərindən olan "Uklon" fəaliyyətini dayandırıb.   Sfera.az xəbər verir ki, şirkət tərəfindən bununla bağlı həm...