AKTUAL

Tale Heydərovun İngiltərə vətəndaşlığı alması haqda – Açıqlama

Tale Heydərovun İngiltərə vətəndaşlığı alması haqda – Açıqlama
 

Fövqəladə Hallar naziri Kəmalədddin Heydərovun oğlu Tale Heydərovun Böyük Britaniya vətəndaşlığı alması haqda açıqlama verilib.

Gilan Holdinqin Marketinq və Kommunikasiyalar Şöbəsinddən "Yeni Sabah”a daxil olan xaçıqlamada bildirilir ki, son günlər bir neçə xəbər saytlarında yayılan yazılarda Tale Heydərovun Britaniya vətəndaşlığının alınması iddia olunur. 

Məsələ ilə əlaqədar bildiririk ki, yayılan məlumatlar iftira olaraq, həqiqətə uyğun deyildir. Tale Heydərov Azərbaycan Respublikasının vətəndaşlığından çıxmayıb və digər xarici dövlətin vətəndaşlığını qəbul etməyib.

Uzun illərdir ki, Azərbaycanın Britaniya və Avropa ölkələri ilə ictimai, mədəni, işgüzar əlaqələrinin gücləndirilməsi işinə dəstək verən cənab Heydərov, həmçinin ölkənin sosial-iqtisadi inkişafına, cəmiyyətimizin maarifləndirilməsinə töhfə verən bir sıra yerli və beynəlxalq layihələrin təsisçisi və rəhbəridir. Fəaliyyəti ilə əlaqədar olaraq, o, vaxtaşırı işgüzar səfərlərdə olmaqdadır.

Qeyd olunanlarla əlaqədar, cənab Tale Heydərovun şəxsi və işgüzar nüfuzuna xələl gətirəcək böhtan xarakterli, təsdiq olunmamış məlumatların yayılmasına yol verməməyiniz və təkzib məktubunu  yerləşdirməyiniz xahiş olunur.

XƏBƏR LENTİ

«    İyul 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
293031