“Taksini əyləncə üçün sürürəm” - Hakan Şükürdən açıqlama

“Taksini əyləncə üçün sürürəm” - Hakan Şükürdən açıqlama
Bir neçə gün öncə ABŞ-da taksi sürərkən görüntülənən "Qalatasaray” və Türkiyə millisinin sabiq hücumçusu Hakan Şükür yeni açıqlama yayıb.

Sfera.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, futbolçu "Uber”də əyləncə üçün sürücülük etdiyini deyib:

"Dünya mediasına verdiyim bir müsahibə ilə xəbər oldum. Mən idmanda qalmaq istəyirəm. Yaşadıqlarımla bağlı nələrisə demək istəmirəm. Çox şükür həyatımızı idarə etməyə çalışırıq. Müsahibə verərkən "Uber”i də söylədim. Amma bunu vaxtaşırı həzz almaq üçün edirəm. Peşə olaraq sürücülük etmirəm. Səhhətim buna da yol vermədiyi üçün həyat yoldaşım da bu işdə çalışmağıma icazə verməz. Kafe işlətmişəm, qəhvə satıb, qab yumuşam. Ancaq bunları Amerikaya adaptasiya olmaq üçün etmişəm. Əlbəttə pul qazanmaq istəyərsinizsə, bunu da edərsiniz”.

Xatırladaq ki, FETÖ-çülükdə ittiham olunan Hakan Şükür haqqında 2015-ci ildə həbs qərarı verilib. Şükür bu qərardan sonra ABŞ-a mühacirət edib. Onun və ailəsinin Türkiyədəki bütün var-dövlətinə girov qoyulub.

OXŞAR XƏBƏRLƏR

“WhatsApp”da uzun müddətdir gözlənilən yeni FUNKSİYA

“WhatsApp” tərtibatçıları lazımi söhbətlərin daha sürətli və rahat axtarışı üçün mesencerə üç filtr əlavə ediblər.   Sfera.az bildirir ki...

Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? - VİDEO

Azərbaycanda təlim zamanı bəzi sürücülərə cərimələr yazılır.   Təbii ki, avtomobil idarə edərkən bəzi qaydaları bilmək vacibdir.   Təlimçi...

Dəri xərçənginin ən ölümcül növü: Melanoma nədir və onu vaxtında necə aşkar etmək olar?

Yaz və yay aylarının başlaması ilə insanlar açıq havada daha çox vaxt keçirməyə başlayırlar. Bu zaman dəri xərçəngi, xüsusən də melanomanın inkişaf riski ciddi ...

Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik - VİDEO

Şəxsiyyət vəsiqəsi ilə yanaşı, bir neçə dövlət sənədi tam rəqəmsallaşacaq.   Sfera.az “Xəzərxəbər.az”a istinadən xəbər verir ki, bunu rəq...

Qəhvəni mikrodalğalı sobada qızdırmaq olmaz

Qəhvə ən məşhur və çoxlarımızın sevimli içkilərindən biridir. Bəzilərimiz günümüzü onsuz təsəvvür edə bilmirik. Əksər insanlar üçün bu içki xüsusilə səhərlər mü...

Şəffaf, proqramsız və düymələrlə: Dünyanın ən darıxdırıcı telefonu yaradıldı

Finlandiyanın Human Mobile Devices (HMD) şirkəti Heineken brendi “Bodega” firması ilə birlikdə “Boring Phone” adlı cihaz yaratmaq üzərin...