Gündəm

Taksidə bunu etsəniz polis 50 manat cərimə yazacaq - YENİLİK

Taksidə bunu etsəniz polis 50 manat cərimə yazacaq - YENİLİK
Polisə taksidə tütün çəkilməsinə görə cərimələmək hüququ verilib

Taksi minik avtomobilində tütün çəkilməsinə münasibətdə inzibati xətalar haqqında işlərə Daxili İşlər Nazirliyi baxacaq.

ONA-nın məlumatına görə bu, Prezident İlham Əliyevin bu gün imzaladığı Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” fərmanda dəyişiklik edilməsi haqqında” fərmanda əksini tapıb.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə əsasən taksi minik avtomobilində tütün çəkilməsinə görə qırx manatdan əlli manatadək məbləğdə cərimə nəzərdə tutulub.

XƏBƏR LENTİ

«    Aprel 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
2930