Hadİsə

Taksi sürücüləri ilə polis arasında qarşıdurma – Saxlanılanlar var – FOTOLAR

Taksi sürücüləri ilə polis arasında qarşıdurma – Saxlanılanlar var – FOTOLAR
Metronun "Koroğlu” metrostansiyası yaxınlığındakı dayanacaqda taksi fəaliyyəti ilə məşğul olan sürücülərlə polis əməkdaşları arasında mübahisə yaşanıb.
 
Sfera.az Bizimyol.info-ya istinadən xəbər verir ki, bu barədə hadisə yerində olan jurnalist Şahin Sərdarlı məlumat verib.

Taksi sürücüləri bildirib ki, bəzi polis əməkdaşları onların həmin ərazidə taksi fəaliyyəti ilə məşğul olmaqlarına imkan vermir, gün ərzində bir neçə dəfə protokol tərtib edirlər. Taksi sürücüləri arasında Qarabağ müharibəsi veteranı da var idi.

Əraziyə Post Patrul Xidmətinin (PPX) yüksək rütbəli əməkdaşları da gəlib.

Məsələnin araşdırılması üçün taksi sürücüləri polis bölməsinə aparılıb.


 
AdRiver

XƏBƏR LENTİ

«    Dekabr 2018    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31