Cəmİyyət

Tağıyevin İstanbuldakı villası 17 milyona satılır

Tağıyevin İstanbuldakı villası 17 milyona satılır

Azərbaycanlı messenat Hacı Zeynalabdin Tağıyevin İstanbul sahillərindəki Böyükadada yerləşən tarixi villası satışa çıxarılıb.

Sfera.az-ın  "Takvim” qəzetinə istinadən verdiyi xəbərə görə, 300 illik tarixə sahib malikanə 17 milyon lirəyə (5 milyon 23 min 500 AZN) satılır.

Məlumata görə, birinci dərəcəli tarixi abidə sayılan malikanə Osmanlı dövründə tikilib, sonra isə onu azərbaycanlı iş adamı Hacı Zeynalabdin Tağıyev alıb.

Villanı hazırda ilin müəyyən aylarında messenatın nəticələri istifadə edir. 2 min  400 kvadratmetr ərazisi olan malikanə  5 otaq və 2 salondan ibarətdir. /qafqazinfo

XƏBƏR LENTİ

«    Yanvar 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031