Tağı Əhmədov Eldar Mahmudovdan gileyləndi: \"Telefonu açmadı\" - (FOTO-VİDEO) - YENİLƏNİB

Tağı Əhmədov Eldar Mahmudovdan gileyləndi: \

Tağı Əhmədov məhkəmədə Leyli və Məcnundan danışıb.

Məhkəmədə Akif Çovdarovun vəkillərinin sualını cavablandıran Tağı Əhmədov həmişə olduğu kimi bu dəfə də açıqlaması ilə yadda qala bilib.

Vəkilin "Sizin Akif Çovdsrovdan tələbiniz nədir" sualına T.Əhmədov belə cavab verib:

"Leyli və Məcnunu hamı oxuyub. Bütün dünya bilir ki, orada söhbət nədən gedir və Leyli Məcnundan nə istəyir. İndi də burada hər şey aydındır. Siz də savadlı adamsınız. Bilmirsiniz ki, mən nə istəyirəm? Verdiyim pulu".

Tağı Əhmədov əlavə edib ki, Akif Çovdarov ondan MTN üçün 10 "Gelandewagen" markalı avtomobil alınmasını istəyəndə yox deyib.

"Mən Eldar Mahmudova zəng elədim. Amma telefonu açmadı. Köməkçisinə danışdım. Mənə dedi ki, "nazir sizin işinizi Akif Çovdarova tapşırıb". Eldar Mahmudov mənim yerlimdir. Bir-birimizi çoxdan tanıyırdıq"- deyə Tağı Əhmədiv əlavə edib.

Tağı Əhmədov məhkəmədən çıxdıqdan sonra jurnalistlərə açıqlama vermək istəməyib. O sadəcə "sağ olun" deməklə kifayətlənib.

***

Sabunçu Rayon MəhKəməsində ləğv edilmiş MTN-nin generalı Akif Çovdarov və digər 3 nəfərin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilir.

Musavat.com xəbər verir ki, YAP-ın Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov da məhkəmədƏ iştirak edir.

Sabiq metropoliten rəhbəri məhkəməyə "Mercedes" markalı 90 AA 220 dövlət nömrə nişanlı avtomobili ilə gəlib.

Tağı Əhmədovun məhkəmədə iki epizod üzrə dindiriləcəyi gözlənilir. Telefon danışıqları qanunsuz olaraq dinlənilən və Akif Çovdarova 3 milyon verdiyini iddia edən T.Əhmədov bu epizodlar üzrə ifadə verəcək.

Məhkəmə prosesi qapalı keçirilir.

Qeyd edək ki, Akif Çovdarovla birlikdə müttəhimlər kürsüsünə ləğv edilmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanov da çıxarılıb.

 


 
 
 
 
 

 

 
 
 
 
 

 

 



OXŞAR XƏBƏRLƏR

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...

Aparıcı Zamirə Dadaşova “Space TV”yə qayıtdı: “Məbləğin bir qismi ödənildi”

“Space TV” ilə bağlı problemə bu gün son qoyduq. Məhkəmənin qərarı nəhayət icra olundu. Mənə ödənilməli məbləğin bir qismi ödənildi. Bir hissəsini i...

2024-cü ilin Dövlət Mükafatlarına təqdim edilən işlərin SİYAHISI

2024-cü ilin Dövlət Mükafatlarına təqdim edilən işlərin siyahısı açıqlanıb.   Sfera.az xəbər verir ki, siyahı Azərbaycan Respublikasının Elm, texnika...

İranlı diplomat Estoniya XİN-ə çağırıldı

İranın müvəqqəti işlər vəkili Estoniya Xarici İşlər Nazirliyinə çağırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyinin sa...

Hərbi helikopterlər havada toqquşub: Ekipaj üzvləri həlak oldu

Malayziyada iki hərbi helikopter Lumut bazasında təlim uçuşları zamanı qəzaya uğrayıb. Ekipaj üzvlərindən heç biri sağ qalmayıb.   Sfera.az xəbər ver...

Şoyqunun müavini rüşvətə görə saxlanıldı - FOTO

Rusiya müdafiə nazirinin müavini Timur İvanov rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya İstintaq ...