Tahir Rzayev: \"Bu yolverilməzdir\"

Tahir Rzayev: \
"Baytarlıq xidmətinin yaxşılaşdırılması diqqət mərkəzindədir, lakin çox ciddi çatışmazlıqlar var".
 
Sfera.az xəbər verir ki, bu sözləri Parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı Milli Məclisin deputatı Tahir Rzayev bildirib.

T.Rzayev baytarlıq sahəsində mütəxəssislərin çatışmadığını söyləyib:

"Kolxoz və sovxozlar ləğv ediləndən sonra bu  sahəyə maraq azaldı. Fəsil dəyişikliyi ilə bağlı quşlar və heyvanlar arasında kütləvi təlafatlar olur. Baytarlıq orqanlarının əməkdaşları bununla bağlı əhalini maarifləndirməlidir. Lakin bu görünmür.Bəzən kütləvi ev quşları məhv olur, lakin səbəbi araşdırılmır. Bəzi ölkələrdə bu məsələlər televiziya ekranlarında bu istiqamətdə maarifləndirici məlumatlar yer alır”.

Deputat mənşəyi məlum olmayan heyvanları satışa çıxaran şəxslər barədə görülən tədbirlərin açıqlanmasını da vacib olduğunu deyib:

"Bu ətlər barədə televiziyalarda da məlumatlar təqdim edilir. Lakin bu insanlar arasında qorxu yaradır. İnsanlar başqa ətləri də almaq istəmir. Bu hallara yol verən insanlar haqqında görülən tədbirlər aşkar edilmir. Yaxşı olar ki, qanunsuz ət satmaq istəyənlər aşkar ediləndən 1 ay müddətində həmin şəxslər barədə görülən hüquqi tədbirlər açıqlansın. Acınacaqlı haldır ki, kiçik çəkili heyvanlar satışa çıxarılması halları da var. 50-60 kiloqramlıq buzovların kəsilməsi yolverilməzdir. Bu heyvanlar öz ətini tutub yetişməlidir. Bu heyvandarlığa çox böyük ziyan vurur”.
 
Aydan Lətifova
 




OXŞAR XƏBƏRLƏR

Devid Kemeron qazaxıstanlı həmkarı ilə GÖRÜŞDÜ

Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron Qazaxıstan xarici işlər naziri Murat Nurtleu ilə görüşüb.   Sfera.az xəbər verir ki, bu barədə Q...

"Çelsi" üçün ikinci BİABIRÇILIQ - Ən böyük məğlubiyyət

İngiltərə Premyer Liqasının 29-cu turunda "Arsenal" və "Çelsi" komandaları qarşılaşıb.   Sfera.az bildirir ki, “topçular&rd...

Türkiyənin ilk astronavtı Azərbaycana GƏLƏCƏK

Türkiyənin kosmosa səyahət edən ilk astronavtı Alper Gezeravcının Azərbaycana səfəri təşkil olunacaq.   Sfera.az-ın report-a istinadən xəbərinə görə,...

“İstəyirəm ki, həyat yoldaşım mənə görə utanmasın” - Aysun İsmayılova + VİDEO

“İstəyirəm ki, həyat yoldaşım mənim mahnılarıma qulaq asanda utanmasın”.   Sfera.az xəbər verir ki, bu sözləri ATV-nin efirində yayımlana...

Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi BAŞLANDI

Sabiq baş pediatr Nəsib Quliyevin intiharı ilə bağlı cinayət işi başlanıb.   Sfera.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məl...

Ombudsman Ermənistanın Azərbaycana qarşı mina terroru haqqında Böyük Britaniya səfirini MƏLUMATLANDIRDI

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan tərəfindən işğal dövründə Azərbaycan torpaqlarında törədilən mina terroru haqq...