Tahir Kərimli Vidadi İsgəndərlinin yalanını ifşa etdi

Tahir Kərimli Vidadi İsgəndərlinin yalanını ifşa etdi
Fransada yaşayan "hüquq müdafiəçisi" Vidadi İsgəndərli dəfələrlə yaydığı videolarda iddia edib ki, o 1988-ci ildə Milli Azadlıq Hərəkatında iştirak edib. Lakin bir çox siyasətçilər onun bu iddiası ilə razılaşmayaraq, bu adın onlara daha yaxın keçmişdə bəlli olduğunu söyləyiblər.
 
Onların sözlərinə görə, Vidadi İsgəndərli 2000-ci illərdə siyasi fəal olaraq fəaliyyətə başlayıb. O dövrdə meydan hərəkatının aktiv siyasətçilərindən biri olan, "Vəhdət" partiyasının sədri Tahir Kərimli də Sfera.az-a açıqlamasında belə deyib: 

"Vidadi İsgəndərlininin fəaliyyəti haqda biz son illər xəbər tutmuşuq. O illərdə bizə belə bir ad bəlli deyildi. Hazırda təmsil etdiyim "Vəhdət" partiyasının nümayəndələri də yanımdadır. Onlar da mənimlə həmfikirdirlər. Onlar da bildirirlər ki, Vidadi İsgəndərlinin adı ilə son illər tanış olublar. Etibar Səmədov, Abdulvahab Manafov da 1988-ci illərdə milli azadlıq hərəkatında fəallardan olublar. Lakin onlar bildirirlər ki, Vidadi İsgəndərlini tanımırlar. Vidadi İsgəndərli bilməlidir ki, onu müəyyən qüvvələr tərəfindən təxribata çəkə bilərlər. Bu səbəbdən qurşaqdanaşağı zərbə vurmaq, hüquqi və əxlaqi müstəvidən kənar addım atmaq düzgün deyil. Biz bir partiya olaraq Vidadi İsgəndərlinin bu addımını pisləyərək bu cür məsələlərdən narahat olduğumuzu söyləyirik. Bu cür hadisələr  ölkədəki ictimai-siyasi mühitə mane olmaq istəyən qüvvələrin işi də ola bilər”.

Nigar Məhərrəm
Sfera.az

OXŞAR XƏBƏRLƏR