Tahir Kərimli 250 minlik maşın alıb?

Tahir Kərimli 250 minlik maşın alıb?
Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli 250 min manatlıq avtomobilinin olması ilə iddiaya münasibət bildirib.

Sfera.az-ın məlumatına görə, T.Kərimli "Report"a açıqlamasında deyib ki, bu iddianın əsası yoxdur.

Deputatın sözlərinə görə, sürücüsünün idarə etdiyi "BMW" markalı avtomobil 2004-cü il istehsalıdır: "Bu avtomobilin qiyməti 250 min manat necə ola bilər?! Əsası olmayan belə fikirləri mühacirətdə yaşayan biri tirajlayır. Onun qeyri-ciddi açıqlamalarına reaksiya vermək fikrim yox idi. Hətta bir dəfə demişdi ki, Tahir Kərimli İsmayıllıda işlədiyi vaxtda bir qadını üç dəfə eksqumasiya etdirib... İndi də daha bir yalan tirajlayıb. Bir başqası da demişdi ki, Tahir Kərimlinin qardaşına tikinti şirkəti hədiyyə edilib. Təəssüf edirəm ki, bəzi insanlar belə yalanlara inanırlar.


Deyir ki, Tahir Kərimlinin əvvəllər heç nəyi yox idi, indi isə 200-300 min manatlıq avtomobil idarə edir. Əksinə, sovet dövründə qardaşlarımın, yeznələrimin, özümün ən müasir avtomobillərimiz var idi. Amma indi nə qardaşlarımın, nə övladlarımın avtomobili var. Oğlum dostunun "Niva" markalı avtomobilini idarə edir. Heç nəyim yoxdur, hər şeyimi itirmişəm, amma əvəzində dövlətimiz azad, müstəqil olub. İyirmi iki il maaş almamışam, qohumlarımın da bir hissəsi az müddət öncə müvəqqəti işlə təmin olunub. İxtiyarımda olan avtomobil Vəhdət Partiyasının qeydiyyatındadır. Bahalı avtomobilim də ola bilər, buna görə kimsə mənə söz deyə bilməz. 

Məmur deyiləm ki?! Bahalı avtomobilim yoxdur, təki olaydı… Açığı, avtomobili yeniləmək fikrim var, bu da təbii ki, imkana baxır… İnşallah, yeniləyəcəyik. Yalan informasiyalarla insanları gözdən salmaq olmaz. Biz deputat olmamışıq ki, özümüzə hansısa şəraiti quraq... Əməkhaqqımızı alırıq, vətənimizə, seçicilərimizə xidmət edirik".

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...