Tağı Əhmədov xəstəxanaya yerləşdirilməsi barədə iddialara CAVAB VERDİ - YENİLƏNİB
13:38 / 02.08.2021
2591
"İşdəyəm, səhhətim də yaxşıdır”.
Sfera.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədov bildirib.
O qeyd edib ki, onun heç vaxt ürək problemi olmayıb:
"Cüzi ayaq ağrıları var, o da keçib gedəndir”.
***12:52
Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) hospitalına yerləşdirilib.
Sfera.az Axar.az-a istinadən xəbər verir ki, bu gün səhər saatlarında T.Əhmədovun ürəyində ciddi narahatlıq yaranıb. Az öncə isə DTX Hospitalının Kardiologiya şöbəsində müayinəsinə başlanılıb.
Qeyd edək ki, 1948-ci il təvəllüdlü Tağı Əhmədov 2014-cü ildə Bakı Metropoliteni QSC-nin sədri vəzifəsindən azad edilib.