“Sözüm Ermənistan vətəndaşlarınadır - Sizi çoxlu sərgüzəştlər gözləyir” - ŞƏRH

“Sözüm Ermənistan vətəndaşlarınadır - Sizi çoxlu sərgüzəştlər gözləyir” - ŞƏRH
Ermənistandakı son hadisələr, Serj Sarkisyanın istefaya getməsi, hakimiyyət dəyişikliyi Rusiyanı narahat edir.

Rus mediasında məzələ aktiv müzakirə edilir.

Sfera.az rusiyalı siyasətçilərin və jurnalistlərin Ermənistan hadisələrinə dair ən maraqlı fikirlərini təqdim edir:

Sergey Markov (politoloq): "Sarkisyan istefaya getdi. Amerikapərəst erməni Maydanı qalib gəlir. Amerikalılar yenə cəmiyyətlə aktiv işləyir və qalib gəlir. Eynən Ukraynadakı kimi. Ermənistandakı məğlubiyyətə görə kim cavab verəcək? Ukraynaya görə guya kim məsuliyyət daşıdı?"

Yevgeni Minçenko (siyasi texnoloq): ”Sarkisyan istefa verdi. Rəngli inqilab texnologiyası əla işləyir".

Kiril Frolov (politoloq): "Sarkisyan da Yanukoviç çıxdı. Bu o deməkdir ki, Ermənistan antirusiya qüvvələrinə təslim edildi? Yox, inanıram ki, Respublikaçılar partiyasında layiqli namizəd tapılacaq".

Vasiliy Apasov (jurnalist): "Heç bir tərəfə simpatiyam yoxdur. Sözüm Ermənistan vətəndaşlarınadır - Sizi çoxlu sərgüzəştlər gözləyir”.

Aleksandr Tverskoy (publisist): ”Rusiya vassalı istefaya getdi. Erməni xalqını tarixi qələbəyə görə təbrik edirəm. İndi ən başlıcası Avropa yolunu seçib Rusiya ilə əlaqələri kəsməkdir”.

Nikolay Petrov (blogger):”Bu müharibəyə gedən yoldur. Yaxın 3-4 ildə başlayacaq. Ermənistanı Gümrüdəki bazaya görə silkələyirlər”.
 

İlqar Atabəyli
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Deputata AĞIR İTKİ - FOTO

Milli Məclisin Səhiyyə Komitəsinin sədri, Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının sədri, akademik Əhliman Əmiraslanova ağır itki üz verib.   Sfer...

Bəzi rayonlara yağış yağdı - FAKTİKİ HAVA

Aprelin 24-ü saat 9:00-a olan məlumata əsasən, əvvəlcədən xəbər verildiyi kimi, bəzi dağlıq və dağətəyi ərazilərdə hava şəraiti arabir yağıntılı olub, şimşək ça...

Beynəlxalq zəng mərkəzinin fəaliyyəti ləğv edildi: Milyonlarla zərər vurublar

Hüquq-mühafizə orqanlarının əməkdaşları Odessada özlərini Çexiya Mərkəzi Bankının əməkdaşları kimi təqdim edərək əcnəbiləri aldadan zəng mərkəzinin fəaliyyətini...

Rabitəbankdan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək - FOTOLAR

Rabitəbank elm, təhsil və maariflənmənin inkişafına dəstək məqsədilə 23 Aprel - Ümumdünya Kitab Günü ilə əlaqədar növbəti uğurlu layihəsini həyata keçirib. Belə...

Sadır Japarov Azərbaycana dövlət səfərinə YOLLANDI

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə yollanıb.   Sfera.az Qırğızıstan KİV-lərə istinadən xəbər verir ki, bu barədə Q...

Bu rayonlarda qaz olmayacaq

Bu gün Şəki və Qəbələ rayonlarının qaz təchizatında fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ...