“Söydürməyin əzizlərinizi” – Tolik yenə əsəbləşdi - Video

“Söydürməyin əzizlərinizi” – Tolik yenə əsəbləşdi - Video

Tanınmış prodüsser-teleaparıcı Tarix Əliyev (Tolik)  sürücülərə səslənib.

Sfera.az xəbər verir ki, Tolik  sosial şəbəkədə yağışlı günlərdə sürücüləri diqqətli olmağa çağırıb:

"Baxın, yavaş keçməkləri yoxdur. Camaat yolun qırağında dayanıb, avtobus gözləyir. Vallah, yalnız bizdədir, maşını olan düşünür ki, piyadalar bundan kasıbdır, imkansızdır. Nə olar ki, bir az yavaş keçsəniz? Səhər-səhər söydürməyin özünüzü, avtobus dayanacaqlarının yanından yavaş keçin, camaatın üstünə su vurmayın!”

O paylaşdığı videonun altına isə bu sözləri yazıb: "Sabahınız xeyir. Sükan arxasında olanlar bir az insaflı olun, yol kənarında dayanan insanları yaş etməyin! Söydürməyin əzizlərinizi, vallah, yağış yağanda ürəyim ağrayır camaata, insanlar nələr çəkir. İndi gör bəzi qəsəbələr nə gündədir!”.

Qeyd edək ki, bir müddət əvvəl Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev bildirib ki, piyadaların üzərinə çirkli su sıçradan sürücülər 40 manat cərimə olunacaq: "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 42-ci maddəsinin 1.5 bəndində bu məsələnin həlli öz təsdiqini tapıb. Bununla bağlı sürücü məsuliyyətə cəlb olunmaqla, ona protokol tərtib edilir. Bütün sürücülərin nəzərinə çatdırırıq ki,  bu qaydanı pozan hər kəsə  40 manat miqdarında cərimə tətbiq olunacaq”.(yeni sabah)



OXŞAR XƏBƏRLƏR

Xəzər dənizində süni torpaq sahələri ilə bağlı yeni qanun layihəsi TƏSDİQLƏNDİ

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda qəbul edilib.   Sfera.az-ın xəbərinə görə, Milli M...

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə YENİ HÜQUQ VERİLİR

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilir.   Sfera.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən onlyan iclasında m...

Donald Tramp: "Ukraynaya dəstək artırılmalıdır"

Ukraynaya dəstək artırılmalıdır.   Sfera.az xəbər verir ki, bunu ABŞ-nin keçmiş prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb.  ...

"134 əməkdaşla 36 milyardlıq büdcənin auditini əhatə etmək qeyri-mümkündür" - Zahid Oruc

“Hesabata dair hər iki məruzəni yüksək qiymətləndiririk. Çünki obyektivliyə əsaslanır, xərclər barəsində parlament üzvlərində peşəkar rəy yaradır, başa dü...

Vaksinasiyadan kənarda qalan uşaqlara bağlı əmr İMZALANDI

Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq.   Sfera.az xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.   ...

“Kontakt”da 50%-dək endirimli “Sürpriiiiz” kampaniya var

“Kontakt” sərfəli təklif və şərtləri ilə öz alıcılarını bu dəfə bir başqa cür təəccübləndirir.   Bayram endirimləri bitsə də, şəbəkənin e...