Swarovski-nin sahibi qızına toy etdi - Milyardlıq toydan FOTOLAR

Swarovski-nin sahibi qızına toy etdi - Milyardlıq toydan FOTOLAR
Düynanın ən zəngin gəlinlərindən biri, Avstriyanın Swarovski şirkətinin sahibi Paul Swarovskinin qızı, 23 yaşlı Viktoriya Swarovskinin toyu olub.

Sfera.az bildirir ki, Avstriyanın populyar müğənnilərindən olan Viktoriya Swarovskinin nikah və toy mərasimləri İtaliyanın Triest şəhərində olub.

V.Swarovski Almaniyanın Münhen şəhərində yaşayan investor, 40 yaşlı Verner Murza ərə gedib.

San-Custo kilsəsindəki nikah mərasiminə 250 qonaq qatılmışdı.

Gəlinin əynindəki 8 metr uzunluğunda ətəyi olan paltar 500 min Swarovski qaşı ilə bəzədilmişdi. 46 kq ağırlığı olan bu geyimin dəyəri 1 milyon dollardır.

Gəlinin geyimi dizayner Maykl Çinçonun, ayaqqabıları Birləşmiş Ərəb Əmirliklərində çalışan dünyaca məşhur dizayner Cimmi Çusun əsərləri idi.

Gəlin toyda bir neçə mahnı da ifa edib.

Daha sonra qonaqlar "Falisia Resort and Spa" restoranındakı "The Piazetta" restoranına yollanıblar.

3 gün davam edən toya on milyonlarla avro pul xərclənib.

mənbə: milli.az
 




















OXŞAR XƏBƏRLƏR