Suyu soyuq yox, isti için - 12 SƏBƏB

Suyu soyuq yox, isti için - 12 SƏBƏB
Hər birimiz suyun nə qədər həyati əhəmiyyət daşıdığını, hər gün ən az 2 litr su içməli olduğumuzu bilirik. Ancaq insanlar soyuq su yerinə isti, ya ilıq su içərək, bədənlərinə nə qədər fayda bəxş etmiş olacaqlarını bilmirlər. Sfera.az aile.lent.az-a istinadən isti su içmək üçün 12 səbəb təqdim edir.
 

Kilo vermək. Əgər bir neçə kilo artığınız varsa, maddələr mübadiləsini sağlam bir şəkildə hərəkətləndirmək üçün isti suyun sizə faydası olacaq. Bunun üçün günə içinə bir az limon suyu sıxılmış isti su içərək başlayın.

Burun və boğazın təmizlənməsi. İsti su içmək soyuqdəymə, öskürək, boğaz ağrısı üçün mükəmməl bir həll yoludur. Bəlğəmi dağıdıb bədəndən atılmasına yardım edir. Boğazı rahatladır və burun tıxanıqlarının açılmasına da kömək edir.

Menstruasiya sancıları. İsti su menstruasiya sancılarının azalmasına yardım edir. İsti suyun qarın əzələləri üzərində dincəldici təsiri var, qarın spazmlarını da yox edir.

Detoks. İsti suyun detoks təsiri bədəni tərlətməsindən ibarətdir. Bədəndən toksinlər atılır. İçmədən əvvəl içinə bir az limon sıxın.

Erkən yaşlanmağın önünə keçir. Toksinlər insanı daha tez yaşlandırır. İsti su elastikliyi azalmış, sərbəst radikalların məhv etdiyi dəri hüceyrələrinin özünü yeniləməsinə kömək edir.

Sızanaq və qara nöqtələrin qarşısını alır. İsti su bədəni dərinliyinə kimi təmizləyərək sızanağın ana səbəblərini ortadan qaldırar.

Sağlam və canlı saçlar. İsti su içmək həm də parlaq və canlı saçlara sahib olmaq üçün idealdır. Saç köklərindəki sinir uclarına enerji verir və aktiv hala gətirir.

Daha çox saç. İsti su içərək saçlar çoxalır və daha tez uzanır.

Kəpəyin qarşısını alır. İsti su saç dibini nəmləndirdiyi üçün dərinin qurumasını, kəpəyin yaranmasını əngəlləyir.

Daha çox qan dövranı, daha sağlam bir sinir sistemi. Əzələ və sinir sisteminin düzgün çalışması üçün qan dövranını artırır. Yağ toplantılarını parçalayır.

Həzm. Yemək zamanı, ya sonra içilən soyuq su yağları sərtləşdirir. Bu da bağırsaq ətrafında yağ toplanmasına və nəticədə bağırsaq xərçənginə səbəb olur. İsti su içmək həmin yağları parçalayır, həzmsizlik probleminə də kömək edir.

Bağırsaq hərəkətləri. Bağırsaqların düzgün və sancısız çalışmasına yardım edir, susuzluq və xroniki qəbizliyi həll edir. Səhərlər içilən isti, ya ilıq su bağırsaqlardakı çöküntünü yox edər.


OXŞAR XƏBƏRLƏR

Sabah 31 dərəcə İSTİ OLACAQ

Aprelin 25-də Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. ...

Bu ölkədə “İphone” bəyənilmir – Satışlar getdikcə AZALIR

Qlobal texnologiya bazarı üzrə araşdırma aparan “Counterpoint”in məlumatına görə, Çində “Apple”nin məhsullarına tələb xeyli azalıb. ...

Sadır Japarov Azərbaycana dövlət səfərinə GƏLDİ - YENİLƏNDİ

Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib.   Sfera.az xəbər verir ki, hər iki ölk...

Astarada ilk “Kontakt” mağazasının açılışında böyük izdiham -  60%-DƏK ENDİRİMLƏR

“Kontakt” mağazalar şəbəkəsi qucaq dolu fürsətlər və ənənəvi açılış proqramı ilə Astaraya gəldi. Ölkənin bütün bölgələrinə sevinc gətirməyi hədəfləy...

“Altsheymer”ə çarə axtaran, qlobal problemləri həll etmək istəyən “Sabahın alimləri” – Onlar kimdir?

Ötən həftə keçirilən “Sabahın alimləri” XIII Respublika müsabiqəsində uğurla iştirak edərək beş qızıl, bir gümüş medala sahib olan “Dünya&rdqu...

Devid Kemeron Türkmənistanda SƏFƏRDƏDİR

Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron Aşqabadda səfərdədir.   Sfera.az xəbər verir ki, bu barədə Türkmənistan mediası məlumat yayıb. ...