Şüşəli binaları kimlər təmizləyə bilər? - VİDEO

Şüşəli binaları kimlər təmizləyə bilər? - VİDEO

 

Bir neçə gün əvvəl otelin şüşəsini silərkən işçilərin yıxılması təmizlik şirkətlərinin məsuliyyətini gündəmə gətirib. Ümumiyyətlə son dövrlər bu şirkətlərin sayı xeyli artıb. Bəs belə şirkətlər hansı tələblər əsasında insanları işə götürürlər? Ümumiyyətlə sənaye alpinisti işləmək üçün hansı sənədlər tələb olunur?

Bakıda hündürmərtəbəli, şüşəli binalara təmizlik xidməti göstərən şirkətlərin sayını artıb. Sənaye alpinizmi xidmətləri göstərən təmizlik şirkətləri hansı kriteriyalarla insanları işə götürürlər? Ümumiyyətlə sənaye alpinizmində işləmək üçün hər hansı bir tələb varmı?

Təmizlik şirkətlərindən birinin nümayəndəsi İlkin Bəşirovun sözlərinə görə, sənaye alpinizmində işləmək üçün işçinin bəzi təlimlərdə iştirakı mütləqdir. Binanın hündürlüyündən asılı olaraq işçinin gündəlik əmək haqqı 40-120 manatdan hesablanır.

Bütün bunlardan sonra həmin işçi şirkət tərəfindən fərdi qaydada sığorta etdirilməlidir.Bir işçilərin sığortalanması isə illik təxminən 1000--1500 manat arasında dəyişir. Baş verən xoşagəlməz hala görə ilk növbədə sifarişçi məsuliyyət daşıyır. Çünki baglantı yerləri möhkəm və etibarlı olmalıdır. Daha sonra isə təmizlik şirkəti.

Mütəxəssilərin sözlərinə görə ölkədə profisıonal şirkətlər 25-30, qeyri peşəkarların sayı isə 100-ə yaxındır. Bəzi şirkət əməkdaşları, tək kəndirlə işləyirki,bu da təhlükəsizlik baxımından arzu olunan hal deyil. 9 mərtəbəli şüşəli bir binanın yuyulması üçün peşəkar şirkətlər 10-12 min manat xidmət haqqı tələb eləyir. Qeyri -peşəkar şirkətlər isə eyni bina üçün 5-6 min manat istəyir..

İlkin Bəşirovun sözlərinə görə, bir çox hallarda alpinistlər məsuliyyətsizlik edərək bəzi tələblərə əməl etmirlər. Buna görə də, təmizlik şirkətləri mütləq alpinistlərə nəzarət etmək üçün əlavə bir nəfər də təyin etməlidir. Əks halda faciəvi hadisələr qaçınılmaz olur.


 


OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...