Şuşanın və Bakının azad edilməsində 3000 rəqəminin mistikası – Tarixçi alim Cəbi Bəhramovla MÜSAHİBƏ

Şuşanın və Bakının azad edilməsində 3000 rəqəminin mistikası – Tarixçi alim Cəbi Bəhramovla MÜSAHİBƏ
AMEA-nın Tarix İnstitunun icraçı direktoru tarixçi alim, professor Cəbi Bəhramovun Sfera.az-a müsahibəsi.

- Cəbi müəllim, bu gün Bakının erməni-bolşevik birləşmələrinin işğalından azad olunmasının 103-cü ildönümüdür. Bakının işğaldan azad olunması və bu dövrün əhəmiyyəti haqda nə deyə bilərsiniz?


- Bakının erməni-bolşevik birləşmələrinin işğalından azad olunması, daha sonra Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı elan edilməsi çox vacib hadisədir. Bakı 20-ci əsrin əvvəllərindən etibarən dünyanın əsas neft mərkəzlərindən sayılırdı. Bundan əlavə, Bakı nefti dünyanın aparıcı dövlətlərinin iqtisadiyyatında önəmli yer tuturdu. 1918-ci ilə qədər bütövlükdə Bakı və ABŞ-ın Texas ştatı bilavasitə dünya neft istehsalında aparıcı yer tuturdu.
Bakıda həm də dünyanın tanınmış ailələri Nobellər, Roldşildlər, Vişaular, Rokofellerlerə məxsus şirkətlər yer tuturdu. Qısası, Bakı Avropanın aparıcı imperialist ölkələrin daimi maraq göstərdiyi bir şəhər idi.

- Bolşeviklər Rusiyada inqilab etdikdən sonra Azərbaycan istisna olmaqla imperiyanın keçmiş müstəmləkələrinin müstəqilliyini tanıdı. Səbəb nə idi?
 
- Bolşeviklərin inqilabdan sonra Azərbaycanın müstəqilliyini tanımamasının səbəbi Bakı və onun nefti idi. Hətta Bakını əldə saxlamaq üçün Lenin və bir sıra Qərb ölkələri 1918-ci ildə erməniləri silahlandıraraq soyqırım təşkil etdi. Sual olunur, o zaman ermənilərin dövləti var idimi? Əlbəttə, yox idi. Bəs, ermənilərin nizami ordusu vardımı? O da yox idi.
 
Ermənilər azərbaycanlılara qarşı soyqırım təşkil etmədən öncə silahlı dəstələr yaradaraq Qərb ölkələrinin maliyyəsi ilə vətəndaşı olduqları Osmanlıya bir neçə dəfə xəyanət etmişdi. 1918-ci ildə erməni dəstələrinin bir hissəsi türk ordusunun zərbələrindən qaçaraq Cənubi Qafqaza gəldi. Təsəvvür edin, 400 min erməni həmin illərdə Qafqaza gəldi. Onların içərisində ac-yalavac, yoxsulu da vardı, əlisilahlı azğın dəstələr də. Ermənilər kompakt şəkildə Gümrü ətrafına yığıldı. 1918-ci ilin fevralında ermənilərə verilən vəsaitlə onlar 5000 min tüfəng, 2 milyon güllə, iki zirehli qatar almışdı. Təsəvvür edirsiniz, Bakıda 5000 erməni silahlı dəstəsi vardı. Onu da deyim ki, Bakı şəhəri hələ AXC nəzarətində deyildi. Bundan istifadə edən ermənilər Azərbaycanın şimalına və cənubuna hücum edir, kütləvi soyqırımlar təşkil edirdi.

Mayın 28-nə qədər ermənilər Azərbaycanın şimalında və cənubunda, Bakıda 700 min nəfər insanı qətlə yetirib. Hətta Leninin 1918-ci il iyunun 5-i erməni Terqabrelyana yazdığı məktubda bildirir ki, Bakı nəyin bahasına olursa-olsun saxlanılmalıdır. Əks təqdirdə şəhəri dağıdın.
 
- Sizcə, Bakı nefti olmasaydı, Azərbaycan və Osmanlı İmperiyası Bakını yenə də ələ keçirməkdə bu qədər israrlı olardı?


- Əlbəttə olardı. Bakı neftindən əlavə strateji olaraq da önəmli nöqtədə yerləşir. Bakı Avropa ilə Asiyanın qovşağında, Xəzər dənizinin sahilində yerləşən geosiyasi mövqeyə malik bir şəhər idi. Bu fakt belə şəhərin neftsiz də nə qədər əhəmiyyətli olduğunu sübut edir.
Bununla belə, Bakının təbii sərvətləri var idi və bunu dana bilmərik. Təkcə ingilislərin Birinci Dünya müharibəsində işlətdiyi neftin 72 faizini Bakı verirdi. Bakı Birinci Dünya müharibəsində hər iki hərbi blokun - həm Antantanın, həm də 4-lər ittifaqının əsas hədəfi idi. Ancaq burada belə bir məsələ də var ki, biri var Bakıya qardaş marağı, biri də var imperialist maraq.

Osmanlı imperiyası Birinci Dünya müharibəsinin sonlarına yaxın olduqca zəifləmişdi və müharibədən minimum itki ilə çıxmağı düşünrdü. Bu mənada Bakının ələ keçirilməsi həm Azərbaycan xalqının soyqırımından xilas edilməsi, həm də Osmanlının süqutunun qarşısını almaq baxımından olduqca vacib idi. Osmanlı həm türk dövlətini xilas etmək, həm də Azərbaycan xalqının səsinə səs vermək üçün Qafqaza gəldi. Digər tərəfdən, bu Azərbaycan xalqının öz iradəsi idi. Bu mənada bu gün Türkiyə və Azərbaycan arasında mövcud qardaşlıq əlaqələri məhz həmin tarixi dövrlərdən qalıb və bu gün də inkişaf etməkdə davam edir. Bu gün ölkəmizin Qarabağı və Şuşanı erməni işğalından azad etməsi bir əsr öncə Bakını azad etməsi ilə eyni dəyərə sahibdir. Düşünürəm, bu iki tarixi proses arasında vacib bir əlaqə var.
 
- Bakının işğadan azad edilməsi ilə Şuşanın işğaldan azad edilməsi arasında hansı əlaqə var?


- Ulu öndərin 1993-cü ildə hakimiyyətə qayıtması regiondakı geosiyası vəziyyəti əsaslı surətdə dəyişdi. Onun işləyib hazırladığı xarici siyasət son 27 il ərzində Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Real siyasət də bu gün Azərbaycanın xeyrinə dəyişib.
 
Şuşanın alınması əməliyyatı ilə Bakının ələ keçirilməsi əməliyyatı arasında isə çox böyük bir oxşarlıq var. Biz bütövlükdə götürsək, 44 günlük müharibə zamanı 3 min şəhid vermişik. 1918-ci ildə Bakını ələ keçirəndə də 3 min şəhid verdik. Hər iki nöqteyi-nəzərdən yanaşdıqda bu Azərbaycan xalqının azadlıq hərəkatı idi.
 
Söhbətləşdi: Turan Rzayev
 

OXŞAR XƏBƏRLƏR

Qazaxıstan və Britaniya tərəfdaşlıq sazişi imzaladı

Qazaxıstan və Britaniya strateji tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş imzalayıb.   Sfera.az xəbər verir ki, bunu ölkənin baş nazirinin müavini və...

Gürcüstan parlamentinin sədri AŞ-dən izahat tələb etdi

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Litva səfirliyindən Avropa Parlamentinin üzvü Petras Austraviçiusun açıqlamaları ilə bağlı izahat tələb edib. &n...

Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı

ABŞ Prezidenti Co Bayden ölkədə “TikTok”u qadağan edən qanun imzalayıb.   Qanuna əsasən, əgər yaxın 9-12 ay ərzində sosial şəbəkənin sahi...

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytma...

Bakıda Qırğız kino günlərinin açılışı oldu

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda Qırğız Mədəniyyəti Günləri davam edir. Silsilə tədbirlər çərçivəsində Nizami Kino Mərkəzində Qırğız kino...

Meyxanaçı nəvəsinə Polad Həşimovun adını verdi

Meyxanaçı İntiqam Rüstəmov baba olub.   Sfera.az xəbər verir ki, bu barədə sənətçi "7 Tamam" verilişində bildirib. Sənətçinin sayca dördünc...