Sürüşmə zonalarında vəziyyət gərgin olaraq qalır
12:21 / 05.04.2018
1998
"Hələlik Bayıl Yamacı və digər sürüşmə zonalarında vəziyyət stabildir. Ərazilərdə heç bir dəyişiklik gözə çarpmır. Bayıl yamacında quraşıdırılan mayaklarda da hansısa dəyişiklik nəzərə çarpmır. Lakin ərazilərdə vəziyyət gərgin olaraq qalır”.
Bu sözləri Sfera.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib. Onun sözlərinə görə, subasma ərazilərində vəziyyət sabit olaraq qalıb, heç bir aktivlik nəzərə çarpmır.
Nigar Məhərrəm
Sfera.az