Sürücüyə cərimə protokolu gəlib, amma razılaşmır - SƏBƏB

Sürücüyə cərimə protokolu gəlib, amma razılaşmır - SƏBƏB

Sürücü evdə xəstə yatdığı bir vaxtda ona sürət həddini aşdığı barədə protokol yazılıb. Özü də ona göndərilən protokolda avtomobilin seriya nömrəsinin cəmi bir hərfi yazılıb.

Sfera.az xezerxeber.az-ə istinadən məlumat verir ki, maraqlı hadisə Masallı rayonu Şərəfə kənd sakini Pərviz Əzizovun başına gəlib. Ona fevral ayının 2-də Salyan rayonu ərazisindən keçən magistral yolun 6 və 11-ci kilometrliklərində sürət həddini aşdığına görə 2 protokol gəlib. Protokolu bu gün səhər saatlarında əldə edən Pərviz Əzizov sənəddə qeyd olunan vaxtda həmin ərazidən keçmədiyini və üstəlik protokolda maşının seriya hərflərindən birinin ümumiyyətlə göstərilmədiyini görüb. Yəni protokolda şəkli olan qara rəngli Mercedes markalı avtomobilin nömrəsində rəqəmlər 99 və 144 görünsə də seriyasından yalnız ilk hərf, yəni "G" hərfi aydındır. Digər hərf isə silinmiş haldadır.

Pərviz Əzizov deyir ki, protokolun yazıldığı tarixdə, o, ümumiyyətlə Salyan şossesində olmayıb.

 

Pərviz Əzizov avtomobilin ona aid olmadığını iddia edərək yol polisindən həmin protokolların ləğv olunmasını xahiş edir. Məsələ ilə bağlı açıqlama verən Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kamran Əliyev həmin şəxsin məsələyə aydınlıq gətirmək üçün Lənkəran rayon Yol Polisinə müraciət etməli olduğunu bildirib. Onun sözlərinə görə, əgər hansısa yanlışlıq olubsa, araşdırma nəticəsində bəlli olacaq və lazımı addımlar atılacaq.


OXŞAR XƏBƏRLƏR

Həyat uğrunda mübarizə aparmaq əvəzinə Evtanaziyanı seçmək

Həyat həmişə xoş sürprizlərdən ibarət olmur. Ağrı, kədər, hətta ölüm də yaşadığımız bu həyatın bir hissəsidir.   Sağlam olduğumuz müddətcə, hər şeyin...

Kürdə batan atanın meyiti tapıldı - Qızının axtarışları davam edir

Aprelin 12-si Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Süleymanov Vaqif Tahir oğlunun meyiti t...

Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ

Bu gün saat 03:00 radələrində Sumqayıt şəhəri ərazisində ərlə arvad qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlu...

Suiti öz şəhərinə qayıtmaq üçün 200 km üzüb - VİDEO

Təhlükəsizliyinə görə Kanadada ucqar bir çimərliyə köçürülən 200 kq çəkisi olan suiti doğma şəhərinə qayıtmaq üçün təxminən 200 km üzüb. Bu qədər məsafəni qət e...

Hollivud insanları aldadır: Alimlər narazıdırlar

“Oppenheimer” filmi və onun uğurları, eləcə də elmi nailiyyətləri əks etdirən digər filmlər müasir dövrdə artan tendensiyanın göstəricisidir. Elm, x...

Oğlunun Baliyə getməsinə görə vəzifədən uzaqlaşdırıldı

Permin keçmiş meri İlya Demkinin oğlu Cənubi Amerika və İndoneziyanı gəzib.   Sfera.az bildirir ki, sosial şəbəkələrdə İlyanın dəbdəbəli həyatı və ge...