Sürücülük vəsiqəsi alınmasında dəyişiklik ediləcək - VİDEO
22:06 / 09.09.2016
1863
Sürücülük vəsiqəsi alınmasında bəzi dəyişikliklər ediləcək.
''CE, D, və DE'' kateqoryalı nəqliyyat vasitələrinin idarə edilməsi qaydaları dəyişdirilir. Bununla bağlı təkliflər artıq Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində qəbul edilib və plenar iclasaın gündəliyinə salınıb.
Sfera.az xezerxeber.com-a istinadən bildirir ki, təkliflər arasında ən maraqlısı avtobus idarə edən sürücülərə aiddir. İctimai nəqliyyatda baş verən hadisələri aradan qaldırmaq məqsədi ilə bu nəqliyyat vasitəsinin sürücülərinin yaş həddi artırılacaq. Yəni əvvəllər avtobus idarə etmək üçün sürücüdən 3 il təcrübə və 21 yaş olması tələb edilirdisə indi müddətlər artırılıb.
Bundan başqa ''D'' kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarəetmə hüququ maksimum 65 yaşadək olacaq. Yəni yaşı 65-i keçmiş şəxs avtobus idarə edə bilməz. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov bu təklifin yanlış olduğunu deyir. Onun fikrincə bu bu dəyişiklik yalnız ictimai nəqliyyata tətbiq olunmalıdır.
Digər əlavə isə ''DE'' kateqoriyası ilə bağlıdır. Yəni qoşqulu avtomobil idarə etmək üçün yaş həddi 26-dan 65-ə qədər olacaq. Bundan əlavə belə sürücülərdən ən azı 3 il staj tələb olunacaq.