Sürücüləri çaşdıran maddə: 500 manat cərimələnə bilərsiniz (VİDEO)

Sürücüləri çaşdıran maddə: 500 manat cərimələnə bilərsiniz (VİDEO)
Bir həftə əvvəl daxili işlər orqanları tərəfindən həyata keçirilən əməliyyat tədbiri nəicəsində saxlanılan şəxslərdən biri Facebook-da videosunu paylaşaraq azadlıqda olduğunu bildirib. 
Sfera.az baku.ws-ə istinadən xəbər verir ki, o, video müraciətində Azərbaycana antiradar deyil, qanunla istifadəsinə, satışına icazə verilən radar detektoru gətirdiyini bildirib. 

"Azərbaycan qanunvericiliyndə radar detektorunu qadağan edən maddə mövcud deyil”, - deyə azadlığa buraxılan şəxs bildirib. 

O, radar detektorunu alarkən ona verilən qəbzi, zəmanət kağızını da nümayiş etdirib: "Əgər qadağandırsa, aldığım yerdən bu qəbzi, zəmanət kağızını mənə necə veriblər”. 

Daha sonra o, maşınına quraşdırdığı radar detektorunu nümayiş etdirib. 

Daxili İşlər Nazirliyinin rəsmi məlumatında isə qeyd olunur ki, Respublikanın avtomobil yollarında təhlükəsizliyin daha etibarlı təmin olunması, həmçinin sürət həddini ölçən xüsusi texniki vasitələrin işinə mane olan və istifadəsinə qanunla icazə verilməyən antiradarların satışını təşkil edən şəxslərin müəyyən edilərək ifşa olunması məqsədi ilə daxili işlər orqanları tərəfindən əməliyyat tədbiri həyata keçirilib və 3 nəfər saxlanılıb. 
 

Sfera.az



OXŞAR XƏBƏRLƏR

Gürcüstan parlamentinin sədri AŞ-dən izahat tələb etdi

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Litva səfirliyindən Avropa Parlamentinin üzvü Petras Austraviçiusun açıqlamaları ilə bağlı izahat tələb edib. &n...

Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı

ABŞ Prezidenti Co Bayden ölkədə “TikTok”u qadağan edən qanun imzalayıb.   Qanuna əsasən, əgər yaxın 9-12 ay ərzində sosial şəbəkənin sahi...

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytma...

Bakıda Qırğız kino günlərinin açılışı oldu

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda Qırğız Mədəniyyəti Günləri davam edir. Silsilə tədbirlər çərçivəsində Nizami Kino Mərkəzində Qırğız kino...

Meyxanaçı nəvəsinə Polad Həşimovun adını verdi

Meyxanaçı İntiqam Rüstəmov baba olub.   Sfera.az xəbər verir ki, bu barədə sənətçi "7 Tamam" verilişində bildirib. Sənətçinin sayca dördünc...

Mask: "Qərbdə gec-tez vətəndaş müharibəsi başlayacaq"

Qərbdə vətəndaş müharibəsi gec-tez başlayacaq, istəsək də, istəməsək də. Sfera.az xəbər verir ki, bunu amerikalı iş adamı İlon Mask X sosial şəbəkəsində ya...