Sürücülərə XƏBƏRDARLIQ: Bu yol tam bağlanır
15:16 / 16.03.2017
576
Aparılacaq təmir işləri ilə əlaqədar olaraq Binəqədi-Mehdiabad avtomobil yolunda 17 mart 2017-ci il tarixindən etibarən avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq.
BiG.AZ-ın Azəravtoyol ASC-dən aldığı məlumata görə, məhdudlaşdırma səhər saatlarından tətbiq ediləcək və bir-neçə gün davam edəcək. Sürücülər alternativ olaraq Binəqədi-Novxanı və Binəqədi-Balaxanı avtomobil yollarından istifadə edə bilərlər.
Sürücülərdən aparılacaq işlərə anlayışla yanaşmaları xahiş olunur.