Sürücülərə şad xəbər: Cərimələr silindi

Sürücülərə şad xəbər: Cərimələr silindi
 Kamran Əliyev: "Yəni, kimsə zənn etməsin ki, bir il gizlənməklə cərimə ödəməkdən yaxa qurtara biləcək"

Dünəndən başlayaraq DİN Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi Məlumat Sistemində (dyp.gov.az), ASAN xidmətin Asanpay.az saytında və Daxili İşlər Nazirliyinin [email protected] saytında qayda pozan sürücülərə tərtib olunmuş elektron protokolların bir qisminə xitam verilməsinə başlanılıb. 

Sfera.az avtosfer-ə istinadən xəbər verir ki, sistemdən silinən cərimələr bir il ərzində qərarsız görünən və sürücüyə çatdırılmayan MMX protokollardır.

Baş DYPİ-nin şöbə rəisi, polkovnik Kamran Əliyev açıqlamasında məlumatı təsdiq edib. Bildirib ki, həqiqətən də iki gündür sürücülərə tərtib olunmuş, DYP-nin Mərkəzi-Məlumat Sistemində qərarsız görünən, bir il ərzində sürücüyə çatdırılmayan elektron protokollara xitam verilməsinə başlanılıb: "Artıq DYP-nin, ASAN xidmətin və Daxili İşlər Nazirliyinin elektron xidmətlərində qeydiyyatdan keçən sürücülər 1 ildən artıq qərarsız olan cərimələrin silindiyinin şahidi olurlar. Yol polisi xeyli vaxtdir bu sistemi avtomatik rejimdə qurmağa çalışırdı. Artıq bu ildən sistem işə düşüb və qərarsız cərimələr 1 ili tamam olduqda avtomatik rejimdə silinir. Əvvəllər sürücülər 1 ili ötmüş qərarsız cərimələrin silinməsi, yəni xitam verilməsi üçün yol polisinə müraciət edirsizə artıq buna heç bir ehtiyac yoxdur. Sistem özü avtomatik qaydada həmin cərimələri silir". 

Bununla yanaşı, Kamran Əliyev sürücülərə müraciət edərək bildirib ki, bu yenilik sürücüləri arxayın salmamalıdır: "Sürücülər qərarsız cərimələri də ödəyə bilərlər. Asanpay.az və [email protected] saytlarında bu imkan yaradılıb. Kimsə arxayın olmasın ki, gizlənmək yolu ilə cərimədən azad ola bilər. Hətta vaxtın tamam olmasına 1 gün qalsa belə həmin sürücünü tapıb protokolları təqdim edib qərar qəbul etmək mümkündür. Bundan əlavə, yol polisi əməkdaşları da həm küçə və yollarda, həm də stasionar postlarda nəzarəti gücləndiriblər. Cəriməsi olan, amma sistemdə qərarsız kimi görünən, yəni, sürücüyə çatdırılmayan elektron protokolları olan sürücülər saxlanılacaq və rəsmi qaydada təqdim olunacaq. Bundan əlavə, yaxın vaxtlarda daha bir yenilik gözlənilir. Sürücülük vəsiqəsi dəyişdirildikdə, avtomobil texniki baxışdan keçirildikdə və ya qeydiyyat və təkrar qeydiyyat prosesi zamanı qərarsız cərimələr bir-bir həmin sürücüyə rəsmən təqdim olunacaq. Yəni, kimsə zənn etməsin ki, bir il gizlənməklə cərimə ödəməkdən yaxa qurtara biləcək. Hazırda köhnədən qalan cərimələr silinir. Bir ili tamam olmayanlar isə adı qaydada sürücülərə çatdırılır".


OXŞAR XƏBƏRLƏR

Azərbaycan ABŞ ilə maliyyə sektorunda əməkdaşlığı möhkəmləndirməyi MÜZAKİRƏ ETDİ

Azərbaycan və ABŞ-nin maliyyə sektorları arasında əməkdaşlığın möhkəmləndirilməsi imkanları müzakirə edilib.   Sfera.az xəbər verir ki, bunu Azərbayc...

"Bu, açıq xəbərdarlıqdır" - Kim Çen nüvə ilə bağlı TAPŞIRIQ VERDİ

Şimali Koreya dünən keçirdiyi raket sınağını təsdiqləyib.   Sfera.az bildirir ki, bu barədə ölkənin rəsmi mətbuatında məlumat dərc edilib. Şimali Ko...

"Qızıl Top" sahibi Kloppu əvəz edə bilər 

Yurgen Kloppun "Liverpul"un baş məşqçisi postundan getməsi ilə klubda almaniyalının yerinə kimin keçəcəyi sualı aktuallaşıb.   Sfera.az bil...

Bakı-Ağstafa sürət qatarının dayanacaqlarından biri müvəqqəti LƏĞV EDİLDİ

Bakı-Ağstafa-Bakı sürət elektrik qatarlarının keçdiyi Tovuz stansiyasında təmir-yenidənqurma işləri aparıldığından həmin dayanacaq müvəqqəti ləğv edilib. &nb...

Prezident: "Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur"

Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur.   Sfera.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev ap...

Utancaqlıq sanırsınız, ancaq XƏSTƏLİKDİR - Qız övladı olanların DİQQƏTİNƏ! 

Mütəxəssislərin fikrincə, qızlara autizm diaqnozunu qoyulması oğlanlara nisbətən daha uzun çəkir, çünki qızlarda simptomlarda fərqliliklər olur.  &...