Sürücü ayağını çölə çıxarıb mikroavtobus idarə etdi - VİDEO
11:52 / 12.07.2019
2968
Azərbaycanda mikroavtobus sürücüsü ayağını pəncərədən çıxararaq nəqliyyat vasitəsini idarə edib.
Sfera.az unikal.org-a istinadən xəbər verir ki, mikroavtobusun yanından keçən avtomobildə olan sərnişin həmin hadisənin görüntüsünü mobil telefonla çəkib.
Görüntülərdə 99-RB-822 dövlət qeydiyyat nişanlı "Mercedes Vito" markalı mikroavtobusun sürücüsü ayağını çıxararaq nəqliyyat vasitəsini sürür. Bu azmış kimi sükan arkasında siqaret çəkən sürücü kameraya əl etməkdən belə çəkinmir.