Sürücü avtobusla piyadanı vurub yoluna davam etdi - VİDEO
18:11 / 20.06.2020
3955
Rusiyanın Sankt-Peterburq şəhərində avtobusun yolu keçən piyadanı vurma görüntüləri təhlükəsizlik kamerasına düşüb.
Sfera.az "Avtosfer.az"a istinadən xəbər verir ki, hadisə Nevski rayonunun "Babuşkin” küçəsində qeydə alınıb.
Kadrlarda, bir kişinin yolu piyada üçün müəyyən olmayan yerdən keçdiyi və bu zaman hərəkətdə olan sərnişin avtobusunun onu vurduğu görülür.
Avtobus sürücüsü, piyadanı vurmasına baxmayaraq yoluna davam edir.
Yaralı bir müddət yolun hərəkət zolağında qalsa da, sonradan hadisə yerinə gələn təcili tibbi yardım briqadası onu xəstəxanaya aparıb. Həkimlərin sözlərinə görə, o, müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hazırda kişi reanimasiyasına yerləşdirilib.
Faktla bağlı araşdırmalara başlanılıb.