Suriyada 23 İŞİD-çı məhv edilib

Suriyada 23 İŞİD-çı məhv edilib

Türkiyə Silahlı Qüvvələrinin Suriyada keçirdiyi "Fırat kalkanı” ("Fərat qalxanı”) əməliyyatı çərçivəsində terrorçu İŞİD qruplaşmasının 23 üzvü zərərsizləşdirilib, 224 hədəfi məhv edilib.

AzVision.az Anadolu agentliyinə istinadən xəbər verir ki, əməliyyat Suriyanın şimalında aparılıb. Nəticədə terrorçular tərəfindən məskunlaşma yeri kimi istifadə olunan 13 bina məhv edilib.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin Suriyada həyata keçirdiyi "Fırat kalkanı” əməliyyatı 2016-cı il avqustun 24-də başlayıb.


OXŞAR XƏBƏRLƏR