Dünya

Suriya nefti ABŞ və Rusiyanı qarşı-qarşıya gətirir

Suriya nefti ABŞ və Rusiyanı qarşı-qarşıya gətirir

Rusiya xarici işlər nazirinin müavini Mixayıl Boqdanov deyib ki, ABŞ-ın hərbi qüvvələrini Suriyanın neft istehsal mərkəzlərinə yerləşməsi gərginliyi artırır. 

Onun sözlərinə görə, ABŞ ordusunun hərbi baza yerləşdirdiyi Rimelan neft yatağı ərazisində İŞİD təhlükəsi yoxdur. Boqdanov Rusiyanın bunu qəbul etməyəcəyini bildirib. 

Suriyanın neft yataqları daha əvvəl də ABŞ və Rusiya arasında gərginlik səbəbinə çevrilib. 2018-ci ilin fevralında Rusiyanın "Vagner” hərbi şirkətinin silahlıları Deyr əz-Zir vilayətinin Hişam qəsəbəsi yaxınlığında ən böyük təbii qaz terminalı olan "Conoco” istehsalat mərkəzi ABŞ ordusu tərəfindən hücuma məruz qalıb, xeyli sayda silahlı öldürülüb. 

Bu ilin oktyabrında Türkiyə ordusunun Suriyanın şimalında keçirdiyi əməliyyatdan sonra şimal ərazilərdən çəkilən ABŞ ordusu Deyr əz-Zor və digər ərazilərdəki neft yataqlarını nəzarətə götürüb. Vaşinqton bu addımı İŞİD-in yenidən fəallaşması ilə əlaqələndirir, Suriya neft gəlirinin kürdlərə veriləcəyini bildirir. (yeni sabah)

XƏBƏR LENTİ

«    Dekabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031