Suriya belə bombardman edildi – ANBAAN FOTOLARDA
20:07 / 14.04.2018
3501
ABŞ, İngiltərə və Fransanın Suriyada həyata keçirdikləri əməliyyatdan anbaan görüntülər yayımlanıb.
Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, Suriyanın paytaxtı Dəməşqlə yanaşı, ətraf şəhərlər bombardman edilib.
Üçlüyün Suriyada reallaşdırdıqları əməliyyatın bəzi detalları da artıq açıqlanıb. Təşkil olunan əməliyyatda Dəməşqdə 9, ətraf şəhərlərdə isə 16 nöqtə hədəfə alınıb. Məlum olub ki, hədəfə alınan nöqtələrdən ikisi Hizbullaha aid olub.
ABŞ-ın hücumlarda Tomahavk raketlərindən istifadə etməsi də bəlli olub.
Məlumata görə, ABŞ bu hücumu Qırmızı dənizdən reallaşdırıb. Bombardmanda i B1 qırıcı təyyarələrindən istifadə olunub.
Nigar Məhərrəm