Super Liqanın ən bahalı heyəti müəyyənləşdi - SİYAHI

Super Liqanın ən bahalı heyəti müəyyənləşdi - SİYAHI
Transfer pəncərəsi bağlanandan sonra Türkiyə Super Liqasında çıxış edən futbolçuların ümumi dəyəri açıqlanıb.

"Transfermarkt"ın hesablamalarına görə, Türkiyə çempionatında çıxış edən futbolçuların ümumi dəyəri 640 milyon 930 avroya yüksəlib.

Yeni transferlərdən ən bahalı heyətlərin siyahısında dəyişiklik olub. "Qalatasaray" və "Beşiktaş" 1 pillə geriləyərək müvafiq olaraq 2-3-cü yerlərə düşüblər. Əvəzində "Fənərbaxça" 2 pillə irəliləyərək zirvəni ələ keçirib.

Ən çox irəliləyişə "Rizəspor" nail olub - 7 pillə. "Yeni Malatyaspor" 6 pillə irəlilyə bilib. "Alanyaspor" isə ən çox geriləyən komanda olub - 4.

1. Fənərbaxça - 97 milyon 180 min avro
2. Qalatasaray - 94 milyon 800 min avro
3. Beşiktaş - 77 milyon 180 min avro
4. Başakşəhər - 53 milyon 700 min avro
5. Trabzonspor: 40 milyon avro
6. Rizespor: 27 milyon 730 min avro
7. Kasımpaşa: 27 milyon 80 min avro
8. Bursaspor - 25 milyon 330 min avro
9. Yeni Malatyaspor - 24 milyon 850 min avro
10. Göztəpə - 24 milyon 780 min avro
11. Konyaspor - 23 milyon 750 min avro
12. Sivasspor - 23 milyon 200 min avro
13. Alanyaspor - 23 milyon avro
14. Kayserispor - 17 milyon 280 min avro
15. Ankaragücü - 17 milyon 180 min avro
16. Ərzurumspor - 14 milyon 900 min avro
17. Antalyaspor - 14 milyon 800 min avro
18. Akhisarspor - 13 milyon 150 min avro
Fanat

OXŞAR XƏBƏRLƏR