Suna və Lalə arasında dava - \"Səninlə heç vaxt görüşməyəcəm - VİDEO

Suna və Lalə arasında dava - \
 

ATV-də yayımlanan "Maşın şou"nun final gecəsində qalmaqal yaşanıb. 

Sfera.az  xəbər verir ki, final gecəsi müğənni Ramal İsrafilovun aparıcı Suna Kasımoğluna təzyiqi gözdən yayınmayıb. Ramal Sunaya təzyiq edərək Lalə üçün əlini maşından götürməsini istəyib

Ramalın bu fikri ilə aparıcı Suna razılaşmayıb. L.Mustafayeva isə onun bu addımına "Lalənin anası üç dəfə şok yaşadı, tamaşaçıları bütün pulları xərclədi, mikroinfarkt keçirdi. Suna heç nə etmədi, sadəcə susdu. İndi isə əlini çəkmək istəmir" sözləri ilə etiraz edib.

Lalənin sərt iradı S.Kasımoğlunu özündən çıxarıb:

 "Lalə, yaxşısan? Haqlı və ya haqsız yolla finala gəlməyim barədə fikirləriniz mənə maraqlı deyil. Çöldə görüşməyəcəyim insanlardan birisən. Qorxuna görə insanlardan üzr istədin. Səninlə nə burada, nə də çöldə danışmaq istəmirəm. Sən üzünü çox yaxşı göstərdin".

Qeyd edək ki, səsverməyə çıxan Lalə  "Belə bir böyük yarışma qardaş Türkiyədə olsaydı, yəqin azərbaycanlı 11 gün qalmazdı. Böyük diqqət göstərmişik" deyə, söyləmişdi. Daha sonra bu fikrinə görə dəfələrlə üzr istəmişdi. 
 

(azxeber.com)

OXŞAR XƏBƏRLƏR