“Sumqayıt”la “Keşlə” avrokuboklarda mübarizəni dayandırdı

“Sumqayıt”la “Keşlə” avrokuboklarda mübarizəni dayandırdı
Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunları keçirilir.

Sfera.az xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən klublar da növbəti matçlarına çıxıblar.

Artıq iki klubumuzun taleyinə aydınlıq gəlib. Belə ki, əvvəlcə "Keşlə” doğma meydanda Rusiyanın "Soçi”, "Sumqayıt” isə Serbiyanın "Çukariçki” komandası ilə münasibətlərinə aydınlıq gətirib.

Rusiyadakı ilk oyunda darmadağına üzülən Bakı klubunun mərhələ keçmək şansları çox az idi. Cavab qarşılaşması da rusların qələbəsi ilə başa çatıb - 2:4.

Serbiyadan sərfəli nəticə ilə dönən Sumqayıt təmsilçisi də cavab matçında meydanı məğlub tərk edib - 0:2.

Nəticədə "Keşlə” və "Sumqayıt” mübarizəni dayandırıb.

"Qarabağ” isə İsraildə "Aşdod”un qonağıdır. İlk hissədən sonra Ağdam təmsilçisi 1:0 hesabı ilə qalib gəlir.

Avropa Konfrans Liqası
2-ci təsnifat mərhələsinin cavab oyunları
29 iyul

Keşlə – Soçi 2:4
Qol: F.Santos, 35. R.Hacıyev, 52 – M.Duqandjiç, 21; 82. N.Burmistrov, 38. T.Marqasov, 70.
Baş hakim: Viktor Şimusik (Belarus).
Bakı. "ASK Arena”
İlk oyun – 0:3.

Sumqayıt – Çukariçki 0:2
Qol: İ.Ndiaye, 10. M.Doçiç, 16-pen.
Baş hakim: Yorgen Burhardt (Danimarka).
Sumqayıt. "Kapital Bank Arena”
İlk oyun – 0:0.


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...