Sumqayıtı dünyada tanıdan polislər - FOTOLAR

Sumqayıtı dünyada tanıdan polislər - FOTOLAR

Daxili İşlər Nazirliyi (DİN) müxtəlif idman növlərində qazandıqları uğurları ilə Azərbaycanı dünyada tanıdan polislərin siyahısını açıqlayıb.
Sfera.az xəbər verir ki, bu siyahıda Sumqayıt Polis idarəsinin əməkdaşlarınınadlarına da rast gəlinir.
 

Sumqayıt ŞPİ-nin əməkdaşı, polis baş leytenantı Vaqif Ağazadə cüdo üzrə ikiqat respublika çempionudur. DİN-də keçirilən yarışlarda da bir neçə dəfə fərqlənərək qızıl medal qazanıb. Beynəlxalq turnirlərdə də fəxri kürsünün ilk pilləsinə qalxmağı bacarıb.


Azərbaycan Respublikasının əməkdar məşqçisi Tural Əliyev Sumqayıt ŞPİ-də xidmət edir, polis serjantıdır. Məşğul olduğu pəhləvan güləşi üzrə 3 dəfə Avropa çempionu, bir o qədər də Dünya kubokunun sahibidir. Təmsilçimiz ardıcıl olaraq 3 dəfə İslam Oyunlarının gümüş medalçısıdır. 2009, 2010 və 2011-ci illərdə dünyanın ən yaxşı pəhləvan güləşçisi seçilib.

Beynəlxalq dərəcəli hakim, idman ustasıdır.

Sumqayıt ŞPİ-nin daha bir əməkdaşı Vüsal Quliyev də idmanın cüdo növü ilə məğul olur. O, həm yeniyetmələr həm də böyüklər arasında Azərbaycan çempionu olub. Beynəlxalq turnirlərdə və zona yarışlarında da qalib gəlib. Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq turnirlərdə qızıl və gümüş medallar qazanıb. DİN Daxili Qoşunlarda xidmətdə olarkən Qoşunların birinciliyində müxtəlif əyarlı mükafatlara sahib olub.(xeberle.com)


DİGƏR XƏBƏRLƏR


---