Sumqayıtda yanğın: Xəsarət alan var
10:00 / 03.01.2020
1195
Sumqayıt şəhərində köşkdə yanğın olub.
Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilib ki, ümumi sahəsi 5 m² olan köşkün yanar konstruksiyaları yanıb.
Qeyd edək ki, yanğın zamanı 1 nəfər xəsarət alıb.
Bitişik bina yanğından mühafizə olunub və yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. (yeni sabah)