Sumqayıtda XƏYANƏT ÜSTÜNDƏ QƏTL: evdən arvadının yad kişi ilə şəklini tapdı.. - YENİLƏNİB

Sumqayıtda XƏYANƏT ÜSTÜNDƏ QƏTL: evdən arvadının yad kişi ilə şəklini tapdı.. - YENİLƏNİB
Sumqayıt şəhərindəki qətlin təfərrüatı məlum olub.

Sfera.az  "Report"a istinadən bildirir ki, kişi həyat yoldaşının ona xəyanət etdiyini öyrənib və yaşadığı mənzildən onun yad kişi ilə fotoşəklini tapıb.

Bundan sonra o, həyat yoldaşı Rafət Feyziyevanı yaşadıqları mənzildə 18 bıçaq zərbəsi ilə qətlə yetirib.

Qeyd edək ki, mərhumun iki övladı var.

21:09

Sumqayıtda ər arvadını amansızlıqla qətlə yetirib.

Hadisə şəhərin 9-cu mikrorayon ərazisində baş verib.

Belə ki, Sumqayıt şəhər sakini, 1982-ci il təvəllüdlü Rafət Feyziyeva qısqanclıq zəminindəəri tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Hadisədən sonra qətli törədən şəxs könüllü olaraq polisə təslim olub. Qətlin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
 

OXŞAR XƏBƏRLƏR