Sumqayıtda təbii qazın verilməsində məhdudiyyətlər olacaq
14:46 / 10.09.2019
1026
Sumqayıtın bir sıra yaşayış məntəqələrində təbii qazın verilməsində məhdudiyyətlər olacaq.
Sfera.az bildirir ki, Sumqayıt Qaz İstismarı Sahəsindən verilən məlumata görə, təmir işləri ilə əlaqədar olaraq sentyabrın 11-də saat 10:00-dan 17:00-dək şəhərin Kimyaçılar və Kotec qəsəbələri, Xəzər bağları yaşayış massivi, 26 və 7-8-12-ci məhəllələrin qaz təchizatı dayandırılacaq.
Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq, təbii qazın verilişi təmin ediləcək. (apa)