Sumqayıtda sexdə yanğın
12:56 / 05.01.2020
1804
Sumqayıtda yanğın hadisəsi qeydə alınıb.
Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, Sumqayıt şəhərində ümumi sahəsi 300 m² olan polietilen sexində tullantılar 40 m² sahədə yanıb. Sex və içərisində olan 100 m³ xammal yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. (yeni sabah)