Sumqayıtda qalmaqallı video yayan şəxsin karyerasına son qoyula bilər - AÇIQLAMA

Sumqayıtda qalmaqallı video yayan şəxsin karyerasına son qoyula bilər - AÇIQLAMA
Sumqayıt şəhər Təhsil şöbəsi məktəbin yanında uşaqları izləyən kişinin videosunu yayan pedaqoqu cəzalandıra bilər.
Bunu şöbənin müdiri Nizami Namazov bildirib.
Qeyd edək ki, ötən gün, aprelin 2-də WatsApp mobil tətbiqində məktəblilərin valideynləri bir-birilərinə videoçarx yollayıblar. Videoda bir kişinin 24 saylı məktəbin yaxınlığına getdiyi və bir uşağa yaxınlaşaraq onunla söhbət etdiyi görünür. Hamı videodan əlavə səsli mesaj da alıb. Mesajda qadın səsi izah edir ki, o, 28 saylı məktəbin pedaqoqudur. O bildirir ki, video polisdən götürülüb və burada sifəti görünən kişini polis axtarır. Pedaqoqun verdiyi məlumata görə, hüquq-mühafizə orqanları həmin kişinin həddi-buluğa çatmayan uşaqlara qaşı seksual xarakterli hərəkətlər etməsindən şübhələnir.
Xeberle.com Sputnik Azərbaycan-a istinadən bildirir ki, Sumqayıt şəhər Təhsil İdarəsinin müdiri Namazov qeyd edib ki, həmin pedaqoqu və eləcə də 28 saylı məktəbin direktorunu yanına çağırıb. Onların hər ikisi izahat yazıb. Pedaqoqun məsələsinə yaxın vaxtlarda Pedaqoji Şurada baxılacaq. Namazovun sözlərinə görə, baxmayaraq ki, həmin video artıq 3 gündür mobil telefonlarda dolaşır, ona zərərçəkmiş uşaqların valideynləri tərəfindən hər hansı şikayət daxil olmayıb. Ola bilsin, bu barədə polisdə hansısa məlumat var, amma ona bu haqda heç nə məlum deyil.
Pedaqoqun hərəkətinə gəlincə, o, bu informasiyanı yaymamışdan əvvəl öz məktəbinin rəhbərliyinə məlumat verməli və Namazovla məsləhətləşməli idi. Yalnız şöbənin rəhbəri tərəfindən polisə xəbər verildikdən sonra müəyyən razılaşdırılmış tədbirlər görmək olardı.
Təhsil şöbəsinin müdiri, bu videonun polisin cinayətkarı tutmaq planlarını poza biləcəyini istisna etməyib.
Sumqayıt məktəblərinin təhlükəsizliyinin necə təmin olunması məsələsinə gəlincə, Namazov qeyd edib ki, orada ayrıca mühafizə sistemi yoxdur. Təhlikəsizliyə mülki şəxslər olan gözətçilər nəzarət edir. Bu, hər bir təhsil müəssisəsində olan xüsusi ştatdır. Onlar məktəbə gəlib-gedən hər bir şəxsi izləyirlər. Bu prosesə gözətçilərlə birlikdə direktor özü də nəzarət edir. Əsasən təhsil müəssisəsinə məktəb rəhbərliyinə yazılı, yaxud şifahi formada müraciət edən valideynlər daxil olur.
Qeyd etmək lazımdır ki, pedaqoq bu barədə informasiyanı yayarkən vətəndaşlıq mövqeyindən çıxış edib və instinktiv olaraq uşaqları mümkün təhlükədən qorumağa çalışıb. Ola bilsin, bu addım polisin planlarına təsir edib, amma heç olmasa, məktəblilərin valideynləri bundan sonra məsələyə daha həssaslıqla yanaşacaq və uşaqlarına naməlum şübhəli şəxslərlə necə davranmaq lazım gəldiyini aydın izah edəcəklər.

OXŞAR XƏBƏRLƏR

Ombudsmanla əlaqədar yeni vəzifə müəyyənləşib

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) dövlət icbari şəxsi sığorta ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməli olan s...

Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlandı - FOTO

Dövlət Vergi Xidmətinin (DVX) Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsindəki ət kombinatının ...

Ceyhun Bayramov italiyalı səfiri qəbul etdi - FOTOLAR

19 aprel 2024-cü il tarixində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffurinlə diplomatik fəaliyyətinin başa...

FHN əməliyyat görüntüləri yaydı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu ərazisində azyaşlıların evdə bağlı qapı arxasında kö...

Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA

Ermənistan Azərbaycanın 1990-cı illərin əvvəllərindən işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib.   Sfera.az  xəbər ve...

Çindən Bakıya uçan təyyarə reysi TƏXİRƏ salındı - 50 azərbaycanlı aeroportda QALDI – VİDEO 

Çindən Bakıya uçan təyyarə reysi təxirə salınıb. Nəticədə 50-dən çox azərbaycanlı sərnişin Çinin Quancou şəhərindəki Bayun hava limanında qalmalı olublar. ...