Hadİsə

Sumqayıtda “KamAz” piyadaları vurdu: ölən var

Sumqayıtda “KamAz” piyadaları vurdu: ölən var
Daxili İşlər Nazirliyi (DİN) Sumqayıt şəhərində piyadanın ölümü ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb. 
 
Noyabrın 5-də saat 17:00 radələrində Sumqayıt şəhəri ərazisində şəhər sakini Spartak Cəbiyev idarə etdiyi "KamAZ-55111” markalı avtokranla yolu keçən həmyerliləri Elvin Ağayevi və Rasim Rüstəmlini vurub.

Nəticədə E.Ağayev hadisə yerində ölüb, R.Rüstəmli xəstəxanaya yerləşdirilib.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
 
AdRiver

XƏBƏR LENTİ