Sumqayıtda dəhşətli qəza: 5 nəfər öldü - FOTO/VİDEO

Sumqayıtda dəhşətli qəza: 5 nəfər öldü - FOTO/VİDEO
Sumqayıtda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sfera.az xəbər verir ki, Bakı-Quba yolunun Sumqayıtın H.Z.Tağıyev qəsəbəsindən keçən hissəsində iki avtomobil toqquşub.

İlkin məlumata görə "Shagman” markalı yük avtomobili ilə "Mercedes” markalı minik maşını  toqquşub. Qəza nəticəsində 5 nəfər öldüyü deyilir. Onlardan dördü kişi, biri qadındır.

Ölənlərin Goranboy rayonunda hərbi xidmətdə olan övladlarının andiçmə mərasimindən qayıdan şabranlı ailə olduğu bildirilir (oxu.az)
 

 


OXŞAR XƏBƏRLƏR