\"Sumqayıt\" yarımmüdafiəçisi ilə yollarını ayırıb

\
 

"Sumqayıt" klubu futbolçusu Ehtiram Şahverdiyevlə yollarını ayırıb. 

Sfera.az "gənclik şəhəri" təmsilçisinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. 

Qeyd edək ki, Ehtiram Şahverdiyev "Qəbələ"nin yetirməsidir. O, 2016-cı ildən "Sumqayıt"da çıxış edir. 


OXŞAR XƏBƏRLƏR