Sumqayıt sakinini paytaxtda avtomobil vuraraq öldürüb

Sumqayıt sakinini paytaxtda avtomobil vuraraq öldürüb
 

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, sentyabrın 24-də saat 10 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində Bakı şəhər sakini V.Nəciyev idarə etdiyi "Mercedes” markalı avtomobillə yolu keçən Sumqayıt şəhər sakini Ziya Mirzəyevi vurub və piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Sabunçu Rayon Polis İdarəsi (RPİ) tərəfindən araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR