Sumqayıt məhkəməsində yeni sədr

Sumqayıt məhkəməsində yeni sədr

Azərbaycan Milli Məclisinin (MM) bu gün keçirilən iclasında Ali Məhkəmənin hakimi İslam Əliyevin vəzifəsindən azad edilməsi ilə bağlı ərizəsinə baxılıb.

Sfera.az APA-ya istinadən bildirir ki, layihə barədə MM-in Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynli məlumat verərək bildirib ki, İ.Əliyev peşə fəaliyyətində nümunəvi kadrdır.
 
İ.Əliyevin vəzifəsindən azad olunaraq Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin sədri təyin edilməsi təklif olunub.

Məsələ səsə qoyularaq qəbul edilib.


OXŞAR XƏBƏRLƏR