Sumqayıt İcra Hakimiyyəti Nazirlər Kabinetinin qaydalarını belə pozur - Fakt

Sumqayıt İcra Hakimiyyəti Nazirlər Kabinetinin qaydalarını belə pozur - Fakt
Küçənin düz ortasında yarmarka…

Ötən ilin dekabrın 26-sından Sumqayıt şəhərində, 12-ci mikrorayonda - Dəmiryol Vağzalının yanında yarmarka açılmışdı. Şənbə-bazar günlərində təşkil olunan kənd təsərrüfatı məhsullarının satış yarmarkası düz Üzeyir Hacıbəyov küçəsinin maşın yolu hissəsində fəaliyyət göstərib və bu ətrafda yol hərəkətini məhdudlaşdırıb. Yarmarkanın həmin küçənin Koroğlu prospekti ilə kəsişdiyi yerdə, onsuz da avtomobillərin intensiv hərəkət etdiyi yerdə olması gediş-gəlişə bir az da maneəçilik törədib.
Yarmarkanı, ona nə qədər ehtiyac olsa da, piyadalar və maşınlar üçün daha rahat olan münasib yerdə təşkil etmək yaxşı olardı ki, ərazidə gərginlik, basabas yaranmasın. Üstəlik yarmarka keçirilən gün bir çox avtobus marşrutları, həmçinin adi avtomobillər ərazini istəmədən yan keçmək, marşrutun yolunu dəyişmək məcburiyyətində qalırlar ki, bu da həm sərnişinlər, həm piyadalar, həm də sürücülər üçün əlavə narahatçılıq yaradır.
Sumqayıt İcra Hakimiyyəti Nazirlər Kabinetinin qaydalarını belə pozur
Amma ötən ay –noyabr ayı Nazirlər Kabineti "Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları"nda dəyişiklikləri təsdiq edib və bu dəyişikliklərə əsasən, yaşıl bazarlar və kənd təsərrüfatı yarmarkaları üçün xüsusi qaydalar müəyyən edilib.
Nazirlər Kabinetinin yarmarkalar üçün təsdiq etdiyi xüsusi qaydalarda belə bir bənd var ki, harada yarmarka keçirmək olmaz.
Həmin bənddə deyilir:
"Bu yerlərdə yarmarka keçirmək olmaz:
Yarmarkaların keçiriləcəyi ərazilər baytarlıq-fitosanitar, sanitar-epidemioloji və ekoloji nəzarət qaydaları və normalarına, yanğından mühafizə qaydalarına uyğun olmalı və əhalinin gediş-gəlişi üçün rahat yerdə olmalıdır. Mədəniyyət, idman, təhsil və səhiyyə müəssisələrinin, avtovağzal, dəmiryol və dəniz vağzallarının ərazilərində, eləcə də yolun hərəkət istiqamətində və yaşıllıq ərazilərində yarmarkaların keçirilməsi qadağan edilib.
Kənd təsərrüfatı və ərzaq məhsullarının satış-yarmarkalarının təşkilinə və onların fəaliyyətinə ümumi nəzarəti Kənd Təsərrüfatı Nazirliyi, digər məhsullar üzrə təşkil olunan yarmarkalara isə aidiyyəti mərkəzi icra hakimiyyəti orqanları həyata keçirməlidirlər".
Sumqayıt İcra Hakimiyyəti Nazirlər Kabinetinin qaydalarını belə pozur
Şəkildən, videodan da aydın görünür ki, Sumqayıt şəhərində, 12-ci mikrorayonda yerləşən yarmarka həm Dəmiryol Vağzalının yanında, yolun hərəkət istiqamətində, özü də düz maşın yolunun ortasında, üstəlik əhalinin gediş-gəlişi üçün narahat yerdə təşkil olunur ki, bu da qayda pozuntusudur. Əlbəttə, yarmarka üçün şəhərdə yer qıtlığı ola bilər, amma bu qanunları pozmaq üçün heç kimə bəraət qazandıra bilməz. Görəsən, niyə Sumqayıt İcra Hakimiyyəti ali dövlət orqanı olan Nazirlər Kabinetinin qaydalarını saya salmır? /qaynarinfo

 

OXŞAR XƏBƏRLƏR

"Bavariya" Zidandan "əlini üzdü" - Əsas namizəd...

"Bavariya" Zinəddin Zidanın baş məşqçi postuna namizədliyini nəzərdən keçirmir.   Sfera.az bildirir ki, daha əvvəl mətbuatda Münhen klubun...

Doktoranturaya elektron sənəd qəbuluna BAŞLANDI - YENİLƏNDİ

Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılıb.   Sfera.az xəbər verir ki, sənəd qəbulu portal.edu.az vasitəsilə aparıl...

Yaponiya və İran XİN başçıları Yaxın Şərqdəki son hadisələri MÜZAKİRƏ ETDİLƏR

Yaponiyanın xarici işlər naziri Yoko Kamikava iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə telefon danışığında Yaxın Şərqdəki vəziyyəti müzakirə edib.   ...

Xalq artisti Tünzalə Ağayeva “Beynəlxalq Mədəniyyət Günü”ndə iştirak etdi - FOTOLAR

Mərdəkan Mədəniyyət Sarayında növbəti tədbir baş tutub. Yığıncaq Beynəlxalq Mədəniyyət Gününə həsr olunub.   Sfera.az xəbər verir ki, tədbirdə bir sı...

Tanınmış həkim nömrəsini maşın qiymətinə satır - FOTO

Bakıda 26 000 manata telefon nömrəsi satışa çıxarılıb.   Sfera.az-ın məlumatına görə, bu haqda elan saytlarından birində təklif yerləşdirilib. O...

Aİ nümayəndəliyi: "Ermənistanla Azərbaycan arasında beynəlxalq sərhəd yoxdur"

Ermənistanla Azərbaycan arasında heç vaxt beynəlxalq sərhəd olmayıb, bu, sadəcə inzibati sərhəddir, buna görə də sərhədlərin delimitasiya və demarkasiyası lazım...