“Süleymani hələ illər öncə məhv edilməli idi!” - ABŞ Prezidenti

“Süleymani hələ illər öncə məhv edilməli idi!” - ABŞ Prezidenti
 

"General Qasım Süleymani uzun illər ərzində minlərlə amerikalını öldürüb və ya ağır formada yaralayıb. O, hələ daha çoxunun ölümünü də planlaşdırırdı”.

APA-nın xəbərinə görə, bu barədə ABŞ Prezidenti Donald Tramp "Twitter”də bildirib.

Onun sözlərinə görə, Q. Süleymani minlərlə insanın ölümündə birbaşa və ya dolayısı ilə məsuliyyət daşıyır.

"Hər nə qədər İran bunun doğruluğunu qəbul etməsə də, ölkə daxilində Süleymaniyə qarşı həm nifrət, həm də qorxu var idi. Onlar liderlərinin dünyaya çatdırmaq istədikləri qədər qəmgin deyillər. O, hələ uzun illər əvvəl məhv edilməli idi!”, - deyə ABŞ Prezidenti vurğulayıb.

Qeyd edək ki, İran İslam İnqilabı Keşikçilәri Korpusunun (SEPAH) "Əl Qüds” xüsusi təyinatlı qüvvələrinin komandanı olmuş general Qasım Süleymani yanvarın 3-də ABŞ hərbi qüvvələrinin Bağdadda endirdiyi aviazərbələr nəticəsində öldürülüb.


OXŞAR XƏBƏRLƏR

2024-cü ilin Dövlət Mükafatlarına təqdim edilən işlərin SİYAHISI

2024-cü ilin Dövlət Mükafatlarına təqdim edilən işlərin siyahısı açıqlanıb.   Sfera.az xəbər verir ki, siyahı Azərbaycan Respublikasının Elm, texnika...

İranlı diplomat Estoniya XİN-ə çağırıldı

İranın müvəqqəti işlər vəkili Estoniya Xarici İşlər Nazirliyinə çağırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyinin sa...

Hərbi helikopterlər havada toqquşub: Ekipaj üzvləri həlak oldu

Malayziyada iki hərbi helikopter Lumut bazasında təlim uçuşları zamanı qəzaya uğrayıb. Ekipaj üzvlərindən heç biri sağ qalmayıb.   Sfera.az xəbər ver...

Şoyqunun müavini rüşvətə görə saxlanıldı - FOTO

Rusiya müdafiə nazirinin müavini Timur İvanov rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya İstintaq ...

Avtosalon işçisi 3 milyon avroluq “Ferrari”ni qəzaya uğratdı - FOTO

1990-cı ildə istehsal olunmuş “Ferrari F40” Almaniyada qəzaya uğrayıb. Avtomobilə ciddi ziyan dəyib.    Sfera.az bildirir ki, qəzaya...

Üçüncü Dünya Müharibəsi artıq başlayıb - Ukrayna rəsmisindən AÇIQLAMA

Ukrayna Prezidenti Volodimir Zelenskinin aparat rəhbərinin müşaviri Mixail Podolyak hesab edir ki, Üçüncü Dünya Müharibəsi artıq başlayıb.   Sfera.az x...