Sufilərin stressə qarşı nəfəs texnikası

Sufilərin stressə qarşı nəfəs texnikası
Gündə 10 dəfə "HAY-HUY” deyin - Sufilərin stressə qarşı nəfəs texnikası
Uşaq dünyaya gələndə ilk nəfəs alması zamanı "hay" sözünə bənzər səs gəlir. Son nəfəsi verərkən isə "huy"a bənzər səs çıxır.

Sufilərə görə insan "hay"la gəlib, dünyadan köçəndə son nəfəsini verərkən "huy" deyir.

Məlumdur ki, insanın bütün həyatı nəfəsalma üzərində qurulub. Dərindən, doğru nəfəs almaq üçün sufilərin məsləhətləri var. Onlar içdən "hay" deyərək havanı ciyərlərə alıb saxlamaq və "huy" deyərək havanı vermək nəfəs texnikasını məsləhət görür. Bu üsul insanı bir çox xəstəliklərdən qoruyur, zehnini açır, enerji verir. Özünə doğru nəfəs alma texnikasını aşılayan insan sağlam hüceyrələrinin sayını artırmış olur.

Sufilər bu texnikanı ritual və meditasiyalarda tətbiq etsələr də, biz gündəlik həyatımızda 10 dəfə dəfə dərindən "hay-huy" deməklə bu texnikanı sınaya bilərik.

Daha çox da panik atak, yorğunluq, baş ağrısı, hirsli və stresli zamanlarda bu nəfəs texnikası dərhal icra olunmalıdır. "Hay" deyərək nəfəs aldıqda beyinə daha çox oksigen gedir, qan dövranı yaxşılaşır, beyin sərinlənir. Yüz illər yaşı olan "SUFİ HAY-HUY" nəfəs texnikasını hər gün səhər, günorta, axşam təkrarlamağa çalışın.


OXŞAR XƏBƏRLƏR