AdRiver
Südəmər uşaqları olan analara xəbərdarlıq – BUNU ETMƏYİN!

Südəmər uşaqları olan analara xəbərdarlıq – BUNU ETMƏYİN!

Bildiyiniz kimi, xarici ölkələrdə istehsal olunan bu cür qidaların yararlılıq müddəti uzun, həcmi az, qiyməti də kifayət qədər yüksəkdir. Təəssüflər olsun ki, bu gün əksər valideynlər ən rahat yolu seçərək övladlarını marketlərdə satılan qidalarla doyurmağa çalışırlar. Bu cür qidalar körpələrin səhhəti üçün kifayət qədər təhlükəlidir.

Sfera.az-a açıqlamasında pediatr Vaqif Qarayev də bunu təsdiqləyib. Onun sözlərinə görə, uşaqlarda rast gəlinən bir sıra problemlərin səbəbi bu qidalar ola bilər:
 
"Südəmər yaşlı uşaqlara marketlərdən hazır yeməklər almayın! Son vaxtlar körpələrdə rast gəlinən allergik və mədə-bağırsaq pozğunluqlarının bir səbəbi də bu hazır qida məhsullarıdır. Körpələriniz üçün qidaları özünüz hazırlayın. Bu mütləqdir. Çünki şəkərbura və ya paxlavanı hazırlamağı bacarmaya bilərsiniz. Bundan heç nə olmaz. Amma "tərəvəz püresini necə hazırlayım?" sualınız günümüzdə heç də yaxşı səslənmir. Analar da ailə qurmağa hazırlaşan gənc qızlarına bəzi nəsnələri izah eləməlidir”.

Nigar Məhərrəm
Sfera.az

DİGƏR XƏBƏRLƏR


---