Sudan Prezidenti ölkədən qaçdı
Dünya
11:52 / 09.04.2019
4019
Sudanda etiraz aksiyaları davam etdiyi bir vaxtda Prezident Ömər əl-Bəşir ilə bağlı iddia ortaya atılıb.
Ölkədə fəaliyyət göstərən bəzi mətbuat orqanları Ömər əl-Bəşirin ölkədən qaçdığını iddia edən xəbər yayıblar.
Vurğulanır ki, təyyarə vasitəsilə ölkədən çıxan Ömər əl-Bəşirin hansı ölkəyə getməsi məlum deyil. Bundan əlavə, qeyd olunur ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi Sudanın milli təhlükəsizlik və kəşfiyyat qurumunun sədri Saleh Quşu Ömər əl-Bəşirin yerinə gətirməyə çalışır.