Süd və süd məhsullarının autizmli uşaqlara təsiri

Süd və süd məhsullarının autizmli uşaqlara təsiri

Süd və süd məhsulları gündəlik qida rasionumuzun önəmli bir hissəsini təşkil edir. Bu məhsullar zülal, kalsium, B2 və B12 vitaminləri də daxil olmaqla bir çox qida maddəsinin mənbəyi hesab olunur. Süd məhsullarının tərkibindəki kalsium, sümük və dişlərin sağlam inkişafında, eləcə də hüceyrələrin normal fəaliyyətində xüsusi rol oynayır. Həmin qidaların tərkibindəki keyfiyyətli zülal isə uşaqlarda böyümə, böyüklərdə toxuma bərpası və hər yaş qrupunda orqanizmin fəaliyyətinə müsbət istiqamətdə təsir göstərir. Lakin autizmdən əziyyət çəkən uşaqlarda bu heç də belə deyil. Çünki süd və süd məhsullarındakı əksəriyyətini antibiotiklər, hormonlar, antihelmintik preparat, pestisid və baytarlıq dərmanları təşkil edən kimyəvi çirkləndiricilər autizm xəstəliyinin yaranması və gedişatında köməkçi faktor ola bilir. Həyat boyu davam edən autizm isə uşaqların sosial münasibətlərində, ünsiyyət vərdişlərində, təxəyyüllərinin inkişafında zəiflik və ya tamamilə yox olma ilə müşahidə edilən xəstəlikdir. Onların vərdişlərində müşahidə edilən rutinləşmə qidalanmalarında da əks olunur. Məsələn, hər dəfə eyni tərkibli qida məhsullarından asılılıq da buradan qaynaqlanır.

Bir sıra tədqiqatlar göstərir ki, süd zülallarının isidilməsi, müxtəlif zülal dəyişikliklərinə səbəb olur. Bu da onların həzmini həm in vitro, həm də in vivo azaldır. İnək südünün sənaye sterilizasiyası və qatıq emalında istifadə edilənə yaxın dərəcədə isidilməsi tərkibindəki kazein zülalını həzmə daha dözümlü hala gətirir. Bu zülalın istilik təsirindən aqreqatlaşması ehtimalı ilə izah olunur. Bundan əlavə radiasiya, qələvi emalı, oksidləşmə, yüksək təzyiq emalı, ekstruziya və qidaların dondurulması-əridilməsi tsikli də protein həzminə təsir göstərə bilər. Ultra emal olunmuş qidaların digər zərərli xüsusiyyətlərinə əlavə olaraq, bəzi emal üsullarının qida zülallarının həzminə olan mənfi təsiri nəzərə alınaraq autizmli uşaqların pəhrizində minimal emal edilmiş süd, yumurta, ət və balıq və s. məhsulları yer almalıdır. Autizmli uşaqlarda kazein və qlutendən təmizlənmiş pəhrizlə bağlı aparılan araşdırmada uşaqların qan nümunələrində CD26, CD69, streptokinaza, gliadin, kazein və IgG, IgM, IgA anticisimləri araşdırılıb. Əksəriyyətində də kazein və qliadinə qarşı anticisimlərin olduğu aşkarlanıb. Bundan əlavə streptokinaz gliadin və kazeinin limfosit və toxuma enziminə birləşməsi autizmli uşaqlarda iltihablaşma və immunitet reaksiyalarına səbəb ola bilir. (milli.az)

 



OXŞAR XƏBƏRLƏR

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...

Süni intellekt həkimlərin işini yüngülləşdirəcək

"Mass General Brigham MESH" inkubatorunun tədqiqatçıları süni intellektə (AI) əsaslanan çatbotların dərmanları izləmək və məhdudlaşdırmaq üçün istifad...

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...