“Sübut varsa, məsələyə baxmaq olar” - Daha bir millət vəkili himn mövzusundan danışdı

“Sübut varsa, məsələyə baxmaq olar” - Daha bir millət vəkili himn mövzusundan danışdı

"İndiki vəziyyətdə himnimizin müəllifinin kimliyinin gündəmə gətirməyin heç bir adı yoxdur”.


Sfera.az-a açıqlamasında bu sözləri Milli Məclisin deputatı Araz Əlizadənin Azərbaycan Dövlət Himninin sözlərinin Əhməd Cavadın deyil,Şamo Cəbrayılbəylinin olması barədə fikrinə münasibət bildirərkən deputat həmkarı Fazil Mustafa deyib:

 

"Bu məsələnin üzərinə getmək fikrimcə doğru deyil. Himnimizin müəlliflik hüququnun kimə məxsus olması sübut olunmalıdır. Bu da uzun bir prosedurdur. Həqiqətən də kimə məxsus olduğu sübut olunarsa, onda məsələyə baxmaq olar. Amma, indiki vəziyyətdə həmin məsələni gündəmə gətirməyin heç adı da yoxdur. Himnimizin müəllifi qismində Əhməd Cavadın adı hallanırsa, fərqi nədir, onsuz da müasir dövrdə elədir ki, himn qalıcıdırsa, onu yaşatmaq lazımdır. Yoxsa, müəllifin adını dəyişib dəyişməməyin, indiki vəziyyətdə bir fərqi yoxdur. Sübut olunarsa, xüsusi bir halda dəqiqləşərsə ki, müəllif Şamo Cəbrayılbəylidir, ona baxmaq olar. Sübut olunması üçün də yəqin ki, müəllif hüququ ilə bağlı prosedur keçirilməlidir”.

 

 

Elçin


OXŞAR XƏBƏRLƏR

Bakıda məşhur əyləncə mərkəzi yanır - VİDEO

Bakıda "Azadlıq" metrostansiyasının yaxınlığında yanğın başlayıb.   Sfera.az Trend-ə istinadən bildirir ki, hadisənin görüntüləri...

Azərbaycan və Pakistan ticarət əlaqələrini yaxşılaşdırmaq üçün iki saziş hazırlayır

Azərbaycan və Pakistan ölkələr arasında ticarət əlaqələrinin yaxşılaşdırılmasına kömək edəcək Tranzit Ticarət Sazişi və Preferensial Ticarət Sazişinin hazırlanm...

“Çox stress keçirirdi, qızının keçmiş həyat yoldaşını...” - Xoşqədəm Cavanşir Məmmədovdan DANIŞDI

“Əməkdar artist Cavanşir Məmmədovun ölüm xəbəri məni çox sarsıtdı. Ölüm gözlə qaş arasındadır”.   Sfera.az olay-a istinadən xəbər verir&n...

Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar DAXİL OLDU

Yaz daşqınlarından sonra sel suları ilə Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar, plastik töküntülər, ağac və kol kötükləri daxil olub.   ...

Cavanşir Məmmədov vəfatından 11 gün əvvəl: "Xanımım məndən tez ölsün, onu özüm..." - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədov 11 gün əvvəl "ARB TV"də Zaur Kamalın verilişində iştirak edib.   Sfera.az xəbər ver...

Ərdoğan HAMAS Siyasi Bürosunun rəhbəri ilə GÖRÜŞDÜ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda HAMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə görüşüb.   Sfera.az-ın verdiyi xəbərə görə, bu b...